“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

 

22 


Təsadüfi deyil ki, beynəlxalq sənədlərdə yoxsulluğun səviyyəsini müəyyənləşdirmək 

üçün  əhalinin  maddi  gəlirləri  birinci  sırada  yer  alır.  Çünki  yoxsulluğa  təsir  edən 

amillər içərisində ən vacib yeri məhz əhalinin pul gəlirləri tutur.  

Əhalinin həyat səviyyəsini qiymətləndirərkən onların maddi vəziyyəti və təd-

qiq olunan dövrdə cəmiyyətin sosial-iqtisadi inkişafını xarakterizə edən bir sıra göstə-

ricilər təhlil olunur. Maddi vəziyyəti dedikdə əhalinin pul gəlirləri və onların istifadə-

si başa  düşülür.  Geniş  mənada  gəlir  hüquqi və  fiziki  şəxslərin  iqtisadi  fəaliyyətinin 

nəticəsini  xarakterizə  edir.  Bu  mənada  A.M.Babuşkina  haqlı  olaraq  əhali  gəlirlərini 

həyat  səviyyəsini  müəyyən  edən  başlıca  amil  kimi  qiymətləndirir.  Əhali  gəlirləri 

eləcə də  yoxsulluğun qiymətləndirilməsində əsas yerlərdən birini tutur. Ona görə də 

əhalinin  həyat  səviyyəsindən  danışarkən  ilk  növbədə  sosial  qrupların,  ev  təsər-

rüfatlarının maddi vəziyyəti, yəni pul gəlirləri, eləcə də həyat səviyyəsinə və cəmiy-

yətin sosial-iqtisadi inkişafına təsir edən digər amillər qiymətləndirilməlidir. Bu məq-

sədlə  ilk  növbələ  əhali  gəlirlərinin  formalaşması  mənbələrinə  və  xərclərinin  qu-

ruluşuna və onların istifadəsi məsələlərinə baxılmalıdır. V.F.Mayer haqlı olaraq isteh-

lakın səviyyəsi və strukturuna həyat səviyyəsinin bilavasitə və birbaşa göstəricisi ki-

mi  baxır.  V.İ.Qurev  isə  əhalinin  real  gəlirlərini  xalqın  rifah  səviyyəsini  xarakterizə 

edən əsas göstərici hesab edir. Araşdırmalardan da göründüyü kimi həyat səviyyəsi, 

ilk növbədə gəlirlərə əsaslanaraq müəyyən edilir. Təcrübə ölkənin böyüklüyündən və 

kiçikliyindən  asılı  olmayaraq  hər  bir  ölkədə  vətəndaşların  həyat  səviyyəsinin 

bilavasitə  iki  mühüm  amildən  asılı  olduğunu  göstərir.  Bunlardan  birincisi,  ev 

təsərrüfatlarının  adambaşına  düşən  gəlirlərinin  kəmiyyəti,  ikincisi  isə  bazarın  əmtəə 

və  xidmətlərlə  təmin  olunma  dərəcəsidir.    Maraqlıdır  ki,  bu  gün  müasir  dünyada 

dövlətlərin iqtisadi gücü onun büdcəsində və xəzinəsində böyük miqdarda pul və qızıl 

ehtiyatlarının olması ilə ölçülmür. Müasir dünya reallıqlarında dövlətin iqtisadi gücü 

onun vətəndaşlarının həyat səviyyəsi, gəlirləri, maddi və mənəvi tələbatının ödənilmə 

imkanları və səviyyəsi ilə səciyyələnir.  

Aparılan nəzəri təhlildən göründüyü kimi həyat səviyyəsi qiymətləndirilərkən 

bir  sıra  göstəricilərdən  istifadə  olunur.  Tanınmış  alim-statistik  S.A.Vasnev

 

bunların 



sırasına:  əhalinin  pul  gəlirləri  (orta  hesabla  ayda  adambaşına);  yaşayış  minimumu; 


 

23 


əhalinin təbəqələşməsi; pensiyaların orta ölçüsü; əhalinin tələbatı və xərcləri; alıcılıq 

qabiliyyəti; təhsil səviyyəsi; sağlamlıq, sosial sahəyə çəkilən xərclər; orta ömür müd-

dəti və doğum səviyyəsi və s. bu kimi kompleks sosial-iqtisadi göstəriciləri daxil edir. 

Göründüyü  kimi,  həyat  səviyyəsinin  müəyyən  edilməsində  çoxlu  göstəricilərdən 

istifadə  olunur.  Lakin  onu  da  qeyd  etmək  vacibdir  ki,  bunlar  bütövlükdə  dövlətin 

həyata  keçirdiyi  sosial  siyasətdən  və  bu  siyasətin  məntiqi  nəticəsi  kimi  əhali  gə-

lirlərinin səviyyəsindən birbaşa asılı olur. Əgər dövlətin həyata keçirdiyi sosial siya-

sət qeyri-təkmil olarsa, onda sosial ədalət prinsipləri pozulacaq, əhali gəlirlərinin, xü-

susilə  pul  gəlirlərinin  səviyyəsi  aşağı  olacaqdır.  Bu  halda  sözsüz  ki,  yuxarıda  sada-

lanan göstəricilər üzrə əldə olunan nəticələr də aşağı düşəcəkdir. Lakin unutmaq ol-

maz ki, əhali gəlirlərinin yüksək olması həyat səviyyəsinin yüksəlməsinə tam mənada 

təsir  göstərə  bilmir.  Çünki  həyat  səviyyəsinin  yüksəldilməsi  üçün digər  komponent-

lərin, başqa sözlə, sosial infrastrukturun da olması vacibdir. Deməli, «həyat səviyyə-

si» anlayışı «əhali gəlirləri» anlayışına nisbətən daha geniş və kompleks göstəricilərlə 

xarakterizə olunur.   

Məlumdur ki, gəlirlər insan potensialının istifadəsində, iqtisadi inkişafda insan 

amilinin rolunun artırılmasında və cəmiyyətə adaptasiyasında  əhəmiyyətli yer tutur. 

Təsadüfi  deyil  ki,  iqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  əhali  gəlirləri  sahəsində 

dövlət  siyasəti  iqtisadiyyatın  idarə  edilməsinin  mühüm  şərti  hesab  olunur  və  bunu 

iqtisadi fəaliyyətin məhz insanla bağlı olması ilə əlaqələndirmək olar. Belə ki, iqtisadi 

fəaliyyət  zamanı  insanlar  özlərinin,  eləcə  də  cəmiyyətin  istehlak  tələblərini  ödəmək 

üçün sərvət (mal və xidmətlər istehsalı) yaradılmasında iştirak edir və bunun nəticəsi 

olaraq müəyyən gəlir əldə edirlər. Buradan belə qənaətə gəlmək olar ki, iqtisadi fəa-

liyyətlərin  son  nəticəsi  əhali  gəlirlərinin  formalaşmasına,  bu  isə  öz  növbəsində  ölkə 

iqtisadiyyatının  inkişafına  və  əhalinin  həyat  səviyyəsinə  əhəmiyyətli  təsir  göstərir. 

Qeyd  edək  ki,  hansı  iqtisadi  sistemə  aid  olmasından  asılı  olmayaraq  hər  bir  ölkədə 

həyat səviyyəsi qiymətləndirilərkən ilk növbədə, əhali gəlirlərinin formalaşması mən-

bələri,onun  növləri, quruluşu və bu gəlirlərdən istifadə səviyyəsi əsas kimi götürülür.  

Fiziokrat F.Kene sərvətin mənbəyini xarici ticarət deyil, torpaq və əmək oldu-

ğunu, məhsuldar əməyin əkinçiliyə, mənfəətin (xalis gəlir) isə torpağa məxsus oldu-




 

24 


ğunu qeyd edirdi. Klassiklərin nümayəndəsi A.Smit bütün gəlirlərin ilk mənbəyi kimi 

əmək haqqı, mənfəət və renta olduğunu göstərir və bütün mövcud gəlirlərin bu mən-

bələrdən hər hansı biri ilə əldə olunduğunu qeyd edir. J.B.Seyə görə əmək, kapital və 

torpaq istehsal amillərinə uyğun olaraq üç gəlir mənbəyi vardır. Bunlara əmək haqqı, 

mənfəət,  renta  daxildir.  O,  əmək  haqqına  əməyin  təbii  qiyməti  kimi  baxırdı. 

A.Marşall isə (həmçinin İ.Şumpeter) öz tədqiqatlarında istehsal amilləri üzrə gəlirlərə 

sahibkarlıq  gəlirini  də  əlavə  edirdilər.  Əmək  digər  istehsal  amlləri  ilə  birləşdikdə 

əmək haqqı adlanan gəlir gətirir. Onu da qeyd edək ki, inkişaf etmiş ölkələrdə əmək 

haqqından  gəlirlər  əhali  gəlirlərinin  formalaşmasında  əsas  mənbə  rolunu  oynayır. 

C.Lokk çox haqlı olaraq əməyi sərvətin başlıca mənbəyi hesab edir.  

Əhali gəlirləri özü də iki növə: monetar (pul) və qeyri-monetar (natural) gəlir-

lərə bölünür. İqtisadi nəzəriyyə dərsliyində əhalinin pul gəlirlərinə əmək haqqından, 

sahibkarlıq fəaliyyətindən, pensiya, təqaüd, müxtəlif müavinətlər, mülkiyyətdən gəlir, 

divident, renta, daşınmaz əmlak, qiymətli kağızlar, kənd təsərrüfatı məhsulları, müx-

təlif məmulatlar, müxtəlif xidmətlərin göstərilməsindən və s. bu kimi bütün pul gəlir-

ləri daxil edilir. Monetaristlər pulu yalnız iqtisadi amil kimi deyil, təsərrüfat sistemi-

nin başlıca mərkəzi elementi kimi qiymətləndirirlər. Onlar pulu ictimai sərvət hesab 

edirdilər. Bu element iqtisadi konyunkturanın vəziyyətini və bütün təkrar istehsal pro-

sesinin  gedişini  müəyyən  edir.  Monetaristlər  iqtisadi  böhranların  əmələ  gəlməsinin, 

sosial gərginliyin artmasının,həyat səviyyəsinin aşağı düşməsinin əsas səbəbini pulun 

sabitliyinin  pozulmasında  görürlər.  Maddi  gəlirlərə  isə  avtomobillər,  bağ  evləri, 

mebellər, mənzillər və s. formasında olan maddi sərvətlər daxildir. 

Əhali gəlirləri sosial-iqtisadi kateqoriya kimi yaradılan məhsulun sosial qrup-

lar, ev təsərrüfatları və ailələr, şəxslər tərəfindən mənimsənilməsi, onlar arasında bö-

lünməsi və bu məhsulun istifadəsi üzrə cəmiyyətdəki münasibətləri xarakterizə edir. 

Bu xüsusiyyətini nəzərə alaraq iqtisadi nəzəriyyədə gəlirlərə həyat səviyyəsini xarak-

terizə edən  mühüm göstərici kimi baxılır və onun mühüm tərkib hissəsi kimi tədqiq 

edilir.  

Bəzən «gəlir» anlayışına dar mənada tərif verərək onu bazar iqtisadiyyatı sub-

yektinin  (hüquqi  və  fiziki)  fəaliyyətinin  nəticələrinin  pulla  qiymətləndirilməsi  kimi 




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə