“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   2   3   4   5   6   7   8   9   ...   33

 

10 


istehsalın strukturu ilə müəyyən edilməsi kimi qiymətləndirmək olar. 

M.İ.Tuqan-Baranovski  gəlirlərin  ilkin  bölgüsü  prosesinin  üç  əsas  qrup  üzrə 

formalaşdığını qeyd edir: 

 



mülkiyyətdən gəlirlər; 

 



əmək gəlirləri; 

 



sahibkarlıq gəlirləri (resursların effektli bölgüsü ilə bağlı olan gəlirlər.  

 Hesab edirik ki, iqtisadi nəzəriyyədə gəlirlərin bölgüsünə müxtəlif yanaşmalar 

olsa da onlar bir-birini tam inkar etmir.  

Bu  günə  qədər  mövcud  olan  nəzəriyyələrdə  bölgüyə  iqtisadi  proses  kimi  iki 

aspektdən baxılmışdır:  

 



istehsal  amilləri  üzrə  -  daha  çox  gəlir  əldə  etmək  məqsədilə  maliyyə,  əmək, 

material resurslarının daha effektli istifadəsini təmin edən sahələr üzrə bölünməsi

 

istehsalın nəticələri üzrə-yaradılan məhsulun sahibkarlıq fəaliyyəti (sahibkar-



lıq  gəlirləri),  mülkiyyət  (divident,  renta,  faiz),  əmək  (əmək  haqqı)  və  transfert ödə-

mələri (pensiya müavinət və s.) bölünməsi; 

Bu  zaman  dövlətin  əsas  məqsədi  cəmiyyətin  qarşısında  duran  problemlərdən 

asılı  olaraq  resursların  və  sərvətin  ölkə  iqtisadiyyatının  sahələri  və  ev  təsərrüfatları 

(əhali)  arasında  səmərəli  və  ədalətli  bölgüsünü  həyata  keçirməklə  sosial  sabitliyi 

təmin etməkdən ibarət olur.  

Məlumdur  ki,  bütün  iqtisadi  proseslər  müəyyən  sosial  mühitdən  keçir.  Ona 

görə də ictimai qarşılıqlı fəaliyyət sisteminin sosial və iqtisadi tərəfləri nisbi və şərti 

olaraq məhdudlaşdırılır. Bu səbəbdən aşağıdakı problemlərə xüsusi diqqət yetirilməsi 

tələb olunur.  

1)

 

gəlirlərin bölgüsü nəzəriyyəsinə; 



2)

 

ictimai sərvətlə səmərəlilik arasında qarşılıqlı asılılığa; 



3)

 

bərabərsizlik, tam məşğulluq və yoxsulluğun ölçülməsinə; 



4)

 

gəlirlərin bölgüsü və yenidən bölgüsü üsullarına; 



5)

 

bölgü nəzəriyyəsində mənfəətin azalması və əmək haqqının artmasına; 



6)

 

bölgü və iqtisadi inkişafa; 



7)

 

əmək gəlirlərinin bölgüsünə; 




 

11 


8)

 

kollektiv müqavilələrin bağlanmasına;  



9)

 

gəlirlərin bölgüsü və ümumi tarazlıq nəzəriyyəsinə; 



10)

 

bölgünün makroiqtisadi nəzəriyyəsinə. 



İqtisadi səmərəlilik şəraitində istehsal faktorları və ona uyğun gəlirlərin bölün-

məsi  ictimai  rifah  nəzəriyyəsinin  Pareto  teoremi  ilə  müəyyən  edilir.  Bu  yanaşmaya 

görə müəyyən edilmiş şəraitdə resursların bölgüsü elə spesifik formaya malikdir ki, 

bu zaman heç kim ayrı-ayrılıqda öz vəziyyətini yaxşılaşdıra bilməz. Burada əlaqə və 

ya qarşılıqlı münasibət mühüm rol oynayır.  

Bütün hallarda gəlirlərin bölünməsi və yenidən bölünməsində bərabərliyin və 

səmərəliliyin müəyyən edilməsi nisbidir. M.Allenin sözləri ilə desək, bölgünün səmə-

rəliliyində  vahid  vəziyyət  yoxdur,  ancaq  maksimal  səmərəliliyin  sonsuz  sayı  vardır. 

Lakin  bütün bunlara baxmayaraq hesab edirik ki, gəlirlərin ilkin bölgüsü, eləcə də, 

mülkiyyətin  bölgüsü  vacibdir.  C.B.Klark  cəmiyyətdə  bölgü  nəzəriyyəsinin  ümumi 

əsaslarının  mövcud  olduğunu  qeyd  edir  və  bunu  kapitalın  sahələr  üzrə  bölünməsi 

(işçilərə  uyğun  olaraq)  və  buna  müvafiq  olaraq  gəlirin  artması  ilə  əsaslandırır.  Bu 

ehtimal öz növbəsində institusional (institusional - siyasi, iqtisadi, ictimai institutların 

formalaşması  kimi  izah  edilir)  strukturun  olmasını  tələb  edir.  Deməli,  ortodoksal 

neoklassik  model  onu  əhəmiyyətsiz  (təhlilə  gəlməyən)  edir.  Məhz  bu  səbəbdən  də 

iqtisadiyyatda 

institusional 

keyfiyyət 

dəyişiklikləri 

neoklassik 

paradiqma 

çərçivəsində  hərəkətsiz  qalır.  V.S.Avtonomov  isə  bir  qədər  mübahisəli  fikir 

söyləyərək, göstərir ki, ―iqtisadiyyatda dinamik dəyişikliklər (keyfiyyət) nəzəriyyəsi 

marksist siyasi iqtisadı çərçivəsində hərəkət edir‖. Hesab edirik ki, bu fikir yanlışdır. 

Birincisi  dinamik  dəyişikliklər  nəzəriyyəsində  Marksa  qədərki  nəzəriyyələrin  də 

önəmli rolu olmuşdur, ikincisi bu günə qədər bütün iqtisadi sistemlərdə qəbul edilən 

konkret bölgü mexanizmi yaradılmayıb. D.Nort bununla belə müasir iqtisad elmində 

bölgünün əsas axın istiqamətinin olmadığını, əgər baş verərsə onda onun institusional 

dəyişikliklər modelinə əsaslanacağını qeyd edir. Əgər son illərdə keçid iqtisadiyyatlı 

ölkələrdə,  inkişaf  etməkdə  olan  ölkələrdə  gedən  iqtisadi  proseslərə  nəzər  salsaq 

institusional  dəyişkən  modelin  tətbiq  edildiyini  görmək  olar.  Lakin  bir  çox  hallarda 

bu dəyişikliklərdə də yanlışlığa yol verilir.  




 

12 


Q.Ofer  keçid  iqtisadiyyatının  təcrübəsində  köklü  dəyişikliklərin  əhəmiyyətini 

göstərərkən  qeyd  edir  ki,  ―adətən  keçid  iqtisadiyyatlı  ölkələrdə  əvvəlcə  minimal  

institusional bazanı  yaratmaq  əvəzinə  iqtisadi  sistemi  yaratmağa  cəhd  göstərilir.  Bu 

bazar  mexanizminin  işinin    məhv  edilməsinə,  müəssisənin  idarəetmə  metodlarının 

əvvəlki konservasiyasına, inhisarın tüğyan etməsinə, kölgə iqtisadiyyatının çiçəklən-

məsinə, korrupsiya və dövlət nəzarətinin zəifləməsinə gətirib çıxarır. Deməli, iqtisadi 

sistemin qurulması üçün ilk öncə minimal institusional bazanın yaradılması vacibdir. 

Bu  bazanın  yaradılmadığı  təqdirdə gəlirlərin bölgüsündə problemlər  meydana gəlir. 

Lakin bu halda da ölkənin spesifik xüsusiyyətləri nəzərə alınmalıdır.  

Ümumiyyətlə  dövlət  gəlirlərin  tənzimlənməsində  fəal  iştirak  etməklə  bir-biri 

ilə  əlaqədə  olan  zaman  ziddiyyət  təşkil  edən  iki  məsələni  həll  etməyə  çalışır.  Bir 

tərəfdən  gəlirlərdə  yaranmış  bərabərsizliyi  aradan  qaldırmağa,  digər  bir  tərəfdən  isə 

bu bərabərsizliyin tam aradan qaldırmamağa çalışır. Çünki ciddi bərabərsizlik və tam 

bərabərlik, həm iqtisadi səmərəlilik, həm də sosial ədalət prinsiplərinə ziddir.   

Lakin  dövlət  birbaşa  və  dolayı  yolla  gəlirlərin  təkrar  bölgüsünü  həyata 

keçirməklə bu bərabərsizliyi nisbi azaltmağa çalışır. Bunlara aşağıdakılar daxildir: 

 

«transfert  ödəmələri»,  aztəminatlı  əhali  qruplarına,  əlillərə,  qocalara  və 



işsizlərə müavinət ödəmələri; 

 



sosial əhəmiyyətli məhsul və xidmətlər üçün «qiymət tənzimlənməsi»; 

 



gəlirlərin və transfert ödləmələrinin mövcud qanunla indeksasiya edilməsi;   

 



bütün müəssisələrdə əmək ödənişinin bazası kimi «minimum əmək haqqı»nın 

tətbiq edilməsi; 

 

nominal gəlirlərin artmasına uyğun olaraq vergi dərəcələrinin  artırılması kimi 



mütərəqqi vergi ödəməsinin tətbiqi; 

Bölgü demək olar ki, həmişə iqtisad elmində səmərəlilik problemi ilə bağlı ol-

muşdur. Əgər makro səviyyədə gəlirlərin bölgüsünə dövlət siyasəti prizmasından ba-

xılırsa,  mikro  səviyyədə  gəlirlərin  bölgüsü  ənənəvi  olaraq  istehsal  amillərinin  gə-

lirliliyinin təhlilindən keçir. Qeyd edək ki, funksional və şəxsi olmaqla gəlirlərin böl-

güsünün iki növü göstərilir.     

Gəlirlərin funksional bölgüsü - istehsal amillərinə əsaslanır. Gəlirlərin funksio-



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə