“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

 

39 


Orta aylıq real əmək haqqı 

118,1 


113,4 

105,2 


101,9 

108,2 


104,2 

103,2 


 

Bildiyimiz  kimi,  Azərbaycanda  da  son  illərdə  kiçik  və  orta  sahibkarlığın 

inkişaf  etdirilməsi  istiqamətində  tədbirlər  həyata  keçirilir.  Əhalinin  pul  gəlirlərinin 

strukturuna  baxdıqda  sahibkarlıq  fəaliyyətindən və  əmək  ödənişlərindən  əldə edilən 

gəlirlərin xüsusi çəkisinin yüksək olduğunu görmək olar. 

Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərin artımı digər gəlir mənbələrini 

üstələməsinə  baxmayaraq  (digər  gəlirlər)  son  illərdə  sahibkarlıq  fəaliyyətindən  əldə 

olunan gəlirlərin xüsusi çəkisi aşağı düşməyə başlamışdır.  

Bunu  aşağıdakı  qrafikə  baxdıqda  daha  aydın  görmək  olar.  Göründüyü  kimi, 

sahibkarlıq  fəaliyyətindən  əldə  edilən  gəlirlərin  əhalinin  gəlirlərində  xüsusi  çəkisi 

1995-ci  ildəki  63,1%-dən  2000-ci  ildə  52.2%-ə, 2006-cı  ildə  43.6%-ə,    2014-cı  ildə 

33.6%-ə  isə  düşmüşdür.  Bu  da  digər  mənbələrdən  əldə  olunan  gəlirlərin  artım 

tempinin yüksək olması nəticəsində baş vermişdir.  

 

 

Qrafik2.1 



Əhalinin pul gəlirlərinin strukturu (%-lə) 

Mülkiyyətdən gələn gəlirlərin xüsusi çəkisi isə demək olar ki dəyişməmişdir.  




 

40 


Yeri gəlmişkən qeyd edək ki, əslində mülkiyyətdən gələn gəlirlərdə daha sürətli artım 

müşahidə olunmalı idi. Çünki bu dövrdə iqtisadiyyatda dinamik inkişaf baş vermiş, 

mülkiyyət  münasibətləri  dəyişmiş,  özəl  mülkiyyətin  artması  ilə  tikinti  sektoru  da 

inkişaf etmişdir. 

Ümumiyyətlə  aparılan  araşdırmalar  göstərir  ki,  əhali  gəlirlərinin  makrogös-

təricilərə  əsaslanan  təhlili  gəlirlər  üzrə  bərabərsizliyin  müəyyən  edilməsinə  imkan 

vermir. Bu baxımdan ev təsərrüfatlarının müayinəsinə əsaslanan təhlil aparılması tə-

ləb olunur. Bu müayinə adambaşına gəlirin səviyyəsinə görə əhalinin bölüşdürülməsi, 

adambaşına  gəlirin  müxtəlif  ölçüləri  ilə  əhalinin  sayını  və  faizini  müəyyənləşdirən 

göstəricilər,  il  ərzində  adambaşına  gəlir  haqqında  makroiqtisadi  göstəricilər,  demo-

qrafiya statistikasının məlumatlarına əsasən mövcud əhalinin orta illik sayı, ailələrin 

və  əhalinin  il  ərzində  adambaşına  gəlirinin  səviyyəsinə  görə  bölüşdürülməsinə  dair 

seçmə  tədqiqatın  məlumatları  əsasında  loqarifmik  bölgü  funksiyası  üzrə  aparılır. 

Alınan məlumatlardan təbəqələşmə əmsalının hesablanmasında, yoxsulluq həddindən 

aşağı  gəliri  olan  əhalinin  sayının  müəyyən  olunmasında,  Cini  əmsalının  hesablan-

masında və s. istifadə olunur.  

 

2.2. Əhali gəlirlərində bərabərsizliyə təsir edən amillərin qiymətləndirilməsi 



  

Əhali  gəlirlərinin  tənzimlənməsini  qiymətləndirərkən  gəlirlər  üzrə  bərabər-

sizliyə  təsir  edən  amillərin  müəyyən  edilməsi  zərurəti  meydana  çıxır.  Məlumdur  ki, 

əhalinin  gəlir  mənbələri  çox  müxtəlifdir.  Bunlara:  məşğulluqdan  gəlirlər,  özüməş-

ğulluqdan gəlirlər, mülkiyyətdən (faiz, divident, renta) gəlirlər, kənd təsərrüfatından 

gəlirlər,  alınmış  cari  transfertlər,  pensiyalar,  təqaüd,  müavinət  və  sosial  yardımlar, 

naturada  sosial  transfertlər,  kompensasiya  və  digər  əlavə  ödənişlər  (xeyriyyə  yardı-

mının dəyəri də daxil olmaqla) və s. bu kimi pul gəlirləri daxildir. Bu amillərin hər 

biri öz-özlüyündə gəlirlərin bərabərsizliyinə bu və ya digər dərəcədə təsir göstərir.  

Pul  gəlirlərinin  səviyyəsi  tədqiq  olunan  ev  təsərrüfatlarının  müəyyən  dövr 

ərzində  (ay,  rüb,  il)  pul  gəlirlərinin  (ev  təsərrüfatlarının  hər  100  nəfərinə)  ümumi 

məbləği  ilə  müəyyən  edilir.  Pul  gəlirlərinin  quruluşu  ev  təsərrüfatlarının  bütün  pul 




 

41 


gəlirlərinin  daxilolma  mənbələrinə  görə  tərkibini  müəyyən  edən  göstəricilər  siste-

midir. Tədqiq olunan ev təsərrüfatlarının gəlir göstəriciləri aşağıdakı kimi hesablanır:  

1.

 

ümumilikdə bütün əhali;  



2.

 

şəhər və kənd əhalisi;  



3.

 

ayrı-ayrı sosial qruplar;  



4.

 

desil (kvintl) qrupları üzrə əhali gəlirləri və sair üzrə hesablanır



.  

Təcrübə göstərir ki, əhali gəlirlərində tam bərabərliyə nail olmaq mümkün de-

yil və bu günə qədər heç bir ölkədə (hətta sosializm dövründə) buna nail olunmayıb. 

Bu baxımdan gəlirlərin qeyri-bərabərliyi (təbii amillər, peşə-ixtisas səviyyəsi, bilik və 

bacarığı, yaş-cins fərqləri) demək olar ki, bütün ölkələrdə mövcuddur. Bərabərsizliyə 

təsir göstərən təbii amillər ancaq özünün səviyyəsinə görə bir-birindən fərqlənə bilər.



 

Bu  da  ölkədə  həyata  keçirilən  tənzimləmə  siyasətindən  asılıdır.



 

Əgər  sosial  ədalətə 

cavab  verən  tənzimləmə  siyasəti  həyata  keçirilərsə,  bu  halda  yalnız  gəlirlərin 

bərabərsizliyinə təbii amillər təsir göstərər.  

Məlumat  üçün  bildirək  ki,

 

Avropanın  Mərkəzi  və  Şimal-Şərqində  həmçinin 

Baltikyanı ölkələrdə islahatlar nisbətən uğurlu keçib. Bu ölkələrdə

 

gəlirlərin bərabər-



sizliyinə  nail  olunması  və  keçid  prosesinin  uğurla  həyata  keçirilməsi  üçün  hökumət 

müxtəlif  istiqamətlərdə  fəaliyyəti  nəzarətdə  saxlamağa  səy  göstərdi.  Belə  ki,  dövlət 

özəlləşdirmənin  mənfi  nəticələrini  aradan  qaldırmaq  üçün  «dövlət  məmurlarının» 

özəlləşdirmədə  iştirakının  maksimum  səviyyədə  qarşısını  almağa  çalışdı.  Bundan 

başqa,  vergi  siyasəti  və  sosial  yardımlar  vasitəsilə  də  gəlirlərin  tənzimlənməsinə, 

başqa sözlə,  bərabərsizliyinin  aradan qaldırılmasına  təsir  göstərdi.

   

Adətən  Mərkəzi 



Avropa  ölkələri  gəlirlərin  yenidən  bölgüsünü  yoxsulların  xeyrinə  bölürdü.  Bu  qeyd 

edilən  regionda  əmək  haqqı  üzrə  bərabərsizliyin  ev  təsərrüfatlarının  diferensia-

siyasının  kəskin  artımının  qarşısını  alınmasına  səbəb  oldu.  Məsələn,  Çexiyada, 

Polşada, Macarıstanda, Slovakiyada bu təcrübə effektli olmuşdur.

   

Bütün görülən tədbirlərə baxmayaraq planlı iqtisadiyyatdan bazar iqtisadiyya-



tına  keçən  bütün  ölkələrdə  varlı  və  yoxsul  ailələr  arasında  bərabərsizliyin  dərinləş-

məsinə, artmasına səbəb olmuşdur.  



 

 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə