2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 31. Makassar heca yazısından nümunə



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə110/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   106   107   108   109   110   111   112   113   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 31. Makassar heca yazısından nümunə


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
198
Sillaboqrafik yazının əlamətləri müasir rus yazısında 
da vardır. Rus yazısındakı ə, ö, e, hərfləri bir sıra sözlərdə 
heca təşkil edir. Məsələn:
Я hərfi: мо+я=моя
Ю hərfi: ю+ность=юность
E hərfi: e+жик=ежик
Ümumiyyətlə, yazının inkişafı tarixində sillaboqrafik 
yazı sistemi xüsusi əhəmiyyətə malik bir hadisə olmuşdur. 
Sillaboqrafik yazı fikrin ifadəsində ideoqrafik yazı tipinə 
nisbətən daha münasib formadır. Lakin səs yazısı ilə müqa-
yisə edildikdə bunun mənfi cəhəti, əsasən, işarələrinin çox 
olması hesab edilir. Məlumdur ki, heca yazılarında ən azı 
300 işarə olur; səs yazısında isə ən çoxu 70–80 işarə işlədi-
lir. Buna görə də səs yazısı daha uyğun yazı formasıdır.
4. SƏS (FONOQRAFİK) YAZISI VƏ ONUN 
XÜSUSİYYƏTLƏRİ
Şərti işarələrlə dilin səslərini əks etdirən yazıya fonoq-
rafik, yaxud səs yazısı deyilir. Yazının başqa tiplərindən 
fərqli olaraq, fonoqrafik
1
yazıda dilin bu və ya digər səsi, 
əsasən, ayrı-ayrı qrafemlərlə, yəni hərflərlə (qrafik işarələr-
lə) yanaşı, digər işarələrdən, yəni orfoqrafik işarələrdən 
(apostrof, hərəkə və sair işarələrdən) də istifadə edilir. 
Məsələn, Azərbaycan dilindəki “məktəb” və “əla” sözlərinə 
nəzər yetirək. Bunlardan birincidəki söz 6 hərflə, ikinci 
sözdəki 3 səs isə 3 hərflə göstərilir.
Hərfli yazı digər yazı tipləri ilə bağlı şəkildə olmuş-
dur. Bu yazı tipi tədrici olaraq, əsasən, ideoqrafik yazı-
1
Fonoqrafiya” iki yunan sözünün birləşməsidir. Birinci “fone” (phone) “səs”, ikincisi isə “qra-
fo” (grapho) “yazıram” deməkdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
199
dan əmələ gəlmişdir. Belə ki, ideoqrafik yazının işarələri 
get-gedə bütöv sözü deyil, sözün səslərini bildirmiş, bu-
nun nəticəsində hərfli yazı meydana çıxmışdır. Hərfli yazı 
çox mürəkkəb proses əsasında yaranmış və bir neçə əsr ər-
zində inkişaf edib formalaşmışdır.
Hərfli yazı barbarlıq dövrünün üçüncü pilləsində 
əmələ gəlmiş və cəmiyyətin mədəni inkişaf tarixində ən 
mühüm hadisələrdən biri olmuşdur. Bu, cəmiyyətin bar-
barlıqdan mədəniyyət dövrünə keçməsində böyük rol oy-
namışdır. F.Engels cəmiyyətin barbarlıqdan mədəniyyət 
dövrünə keçməsində səs yazısının böyük əhəmiyyətə ma-
lik olduğunu qeyd edərək demişdir ki, cəmiyyət “...hərfli 
yazının ixtisarı, bunun şifahi yaradıcılığı yazmaq üçün iş-
lədilməsi vasitəsilə mədəniyyətə keçir”
1
.
Hərfli yazının ilk dəfə harada meydana çıxması məsələ-
si çox mübahisəli olaraq qalır. İndiyədək hərfli yazının tarixi 
haqqında müxtəlif mülahizələr ortaya çıxmışdır. Tədqiqatçı-
ların bir qrupu elə hesab edir ki, hərfli yazının ilk yaradıcıları 
eramızdan əvvəl II minillikdə finikiyalılar olmuşlar. İkinci 
mülahizəyə görə isə Kiriç adasında meydana çıxmışdır.
Hərfli yazılar xarakterlərinə görə iki yerə bölünür: 

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə