2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 23. Çin yazısında iki eyni heroqlifin yanaşı işlədilməsi



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə107/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   103   104   105   106   107   108   109   110   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 23. Çin yazısında iki eyni heroqlifin yanaşı işlədilməsi
Şəkil 24. Çin yazısında bir söz üçün 
eyni üç heroqlifin işlədilməsi


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
190
Məsələn, “işıqlı”, 
“aydın” mənalarını əks 
etdirmək üçün gü nəş 
və ay sözlərini bil dirən 
heroqliflər ya naşı ya-
zılır. Bunu aşağıdakı 
şəkildə aydın görmək 
olar.
Çin yazısında bu 
və ya başqa heroqlifə sadə bir xətt əlavə etməklə də yeni 
sözü bildirən heroqlif yaradılır. Məsələn, “ağac” sözünü 
bildirən heroqliflərin üst hissəsinə xətt artırmaqla “ağacın 
başı”, alt hissəsinə əlavə edilməklə isə “ağacın kökü” mənası 
ifadə olunur.
Çin heroqliflərini 
yazmaq üçün öz for-
ma və həcmlərinə görə 
bir-birindən fərqlənən 23 
qrafik ünsürdən istifadə 
olunur. Ayrı-ayrı ünsür-
lərdən ibarət olan heroq-
liflər müəyyən qaydalar 
əsasında yazılır. Burada 
hər bir heroqlif yazılan-
da xətlərin həcm və formasına xüsusi fikir verilir. Bir xət-
tin azacıq düzgün çəkil-
məməsi mənanı dəyişə 
bilər. Konkret bir misal 
göstərək.
Bu şəkildəki heroq-
lifl ərin fərqi ancaq bəra-
bərlik işarəsinə (=) oxşa-
yan ünsürlərin yazılma-
Şəkil 25. Çin yazısında iki müxtəlif 
heroqlifin yanaşı işlədilməsi üsulu
Şəkil 26. Çin yazısında heroqlifin 
bir ünsürünün yerini dəyişməklə 
başqa məna ifadə edilməsi
Şəkil 27. Çin yazısında heroqliflərin 
həcminin roluna dair nümunə


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
191
sındadır. Bunlardan birinci heroqlifin üst xətti nisbətən 
qısadır. Elə bu cəhət onun mənasını dəyişdirir. Yəni qısa 
xətt çəkildikdə çin dilində “hələ yox” (vey), uzun xətt çə-
kildikdə isə “son”, “axır” (ma) mənasını bildirən sözlər əks 
edilmiş olur.
Heroqlif yazısının xarakterinə uyğun olaraq heroq-
liflərin təkcə ünsürlərini yazmaq kifayət deyildir, bunları 
həm də gözəl, səliqəli yazmaq vacibdir. Elə buna görə də 
heroqliflərin tərkib hissələrini təşkil edən ünsürlərin yığ-
cam, aydın yazılması başlıca şərtlərdən hesab olunur.
Müasir yazılar müqayisə edildikdə ən çətin yazılardan 
biri çin heroqlif yazısıdır. Təkcə bunu demək kifayətdir ki, 
çin yazısında heroqliflərin miqdarı son dərəcə çoxalıb 50 
mini keçmişdir
1
. Müasir bədii, elmi, siyasi ədəbiyyatı oxu-
maq üçün təqribən 5 min heroqlifi bilmək lazımdır. Lakin 
qədim abidələri, klassik ədəbiyyatı oxumaqdan ötrü, şüb-
həsiz ki, dəfələrlə çox işarə – söz əzbərləmək tələb olunur.
Çin heroqliflərində əsrlər boyu dəyişikliklər, düzəliş-
lər olunmuşdur. Buna baxmayaraq, çin yazısı yazının ikin-
ci tipindən, yəni ideoqrafik yazı sistemindən irəli (heca və 
səs yazısına) keçə bilməmişdir. Bəzi alimlər bu cəhəti çin 
dilinin quruluşu ilə əlaqələndirirlər, həmin yazının çin dili 
üçün müvafiq olduğunu söyləyirlər. Burada ağlabatan və 
müəyyən dərəcədə real cəhətlər olsa da, çinlilərin özləri də 
bu yazının nöqsanlı olduğunu etiraf edirlər.
Müasir çin yazısının əsas nöqsanları onun tədris üçün 
bir o qədər əlverişli olmamasında, mətbəə, teleqraf işlərini 
çətinləşdirməsindədir. Bu nöqsanlar həmişə Çin ictima-
iyyətini düşündürmüş və ona görə yazını asanlaşdırmaq 
ideyası meydana çıxmışdır. Çin yazısını asanlaşdırmaq 
1
Əgər köhnəlmiş, yaxud dialektə aid heroqliflər və eləcə də onların variantları nəzərə alınsa, 
Çin heroqliflərinin sayı daha da çoxalar. Bu cəhətdən yanaşıldıqda təkcə kimya sahəsində 
heroqliflərin sayı 70 minə qədərdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
192
üçün iki formadan isti-
fadə olunmuşdur. Birin-
cisi, heroqliflərin miq-
darı azaldılmış, ikincisi, 
mürəkkəb heroqliflərin 
tərkib hissələrində ixti-
sar aparılaraq (28-ci şək-
lə baxın) yazılışı sadələş-
dirilmişdir.
Çin yazısının asanlaşdırılması indi də diqqət mərkə-
zindədir. Ölkədə yazı problemi ilə məşğul olan komitə ya-
radılmışdır. Bu komitə 1956-cı ildə 230 heroqlifin yazılışını 
asanlaşdırmışdır. 1964-cü ildə də komitə bir sıra heroqlif-
ləri asanlaşdırıb, Mədəniyyət və Maarif nazirlikləri ilə bir-
likdə nəşr etdirmişdir.
Çətin çin yazısında islahat aparmaq əvəzinə onu fo-
noqrafik yazı sistemi ilə əvəz etmək olmazmı? Belə bir yazı 
sisteminə keçmək olar və bu barədə bir çox işlər də görül-
müşdür. Lakin buna mane olan obyektiv və subyektiv sə-
bəblər vardır. Hər şeydən əvvəl çin yazısı qədim çin mədə-
niyyəti ilə bağlıdır. Bunlar arasındakı əlaqəni birdən-birə 
kəsmək olmaz. Eyni zamanda, yeni mükəmməl orfoqrafi-
ya yaratmaq da lazımdır ki, bunun üçün böyük işlər görül-
məlidir. Bunlardan başqa, Çində bəzi adamlar heroqliflərə 
müqəddəs bir varlıq kimi baxır və onun dəyişdirilməsinə 
qəti etiraz edirlər. Şübhəsiz ki, müəyyən vaxtdan sonra 
çinlilər də asan yazı formasından istifadə edə biləcəklər.
Hazırda dünya əhalisinin təxminən 25 faizi ideoqrafik 
yazı tipindən istifadə edir.
Ümumiyyətlə, bütün ideoqrafik yazılar piktoqrafik 
yazıya nisbətən nitqi daha geniş və düzgün əks etdirir. La-
kin bu üstün cəhətlərə baxmayaraq, ideoqrafik yazının da 
nöqsanları vardır. Hər şeydən əvvəl qeyd etmək lazımdır 

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə