2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 19. Nasi şəkli yazı nümunəsi



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə104/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   100   101   102   103   104   105   106   107   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 19. Nasi şəkli yazı nümunəsi
Bu yazı tipindən son zamanlara qədər (19-cu şəklə 
baxın) nasi xalqı da istifadə etmişdir. Nasi dili Çində yayıl-
mışdır və bu dil Çin-Tibet dilləri ailəsinə məxsusdur.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
182
Şəkli yazı, ümumiyyətlə, yazının formalaşmasında 
bünövrə təşkil etməsinə baxmayaraq, öz mahiyyətinə görə 
sonralar bir o qədər əlverişli olmamışdır. Buna görə insan-
lar yazının bu tipi ilə kifayətlənməyib, öz fikirlərini daha 
dəqiq və geniş əks etdirmək üçün müvafiq forma – ideo-
qrafik yazı formasını kəşf etmişlər.
2. FİKRİ (İDEOQRAFİK) YAZI VƏ ONUN 
XÜSUSİYYƏTLƏRİ
Nitqdəki sözlərin şəkillər vasitəsilə deyil, ideoqram-
larla əks olunmasına ideoqrafik, yaxud fikri yazı deyilir. İde-
oqrafik
1
yazıdakı hər bir ünsür ideoqram adlanır. Heroqlif-
lər və digər işarələr ideoqramlara daxildir.
İdeoqrafik yazı elə yazı sistemidir ki, burada hər bir 
işarə bütöv bir sözü, yaxud sözün mənalı hissəsini bildirir. 
Ona görə də bu yazı sistemi eyni zamanda söz yazısı da 
adlanır. İdeoqrafik yazı şəkli yazı içərisində tədricən əmələ 
gəlmişdir. Bu yazı, əsasən, iki səbəbə görə yaranmışdır.
Birincisi, şəkli yazının ünsürləri inkişaf edərək əşya-
nın özünü əks etdirməyib, onun ancaq şərti işarələrinə, 
yəni simvollarına çevrilmişdir. Məsələn, günəş anlayışını 
bildirmək üçün çinlilər piktoqrafik yazıda günəş şəkli çə-
kirdilərsə, sonrakı yazılarında bunun əvəzinə günəşə oxşa-
mayan heroqlif işlətmişlər.
Deməli, əşya ilə şəkil arasındakı oxşarlıq əlaqəsi tam 
kəsilmişdir. Belə bir cəhətin fikri yazının təşəkkülündə xü-
susi rolu olmuşdur.
İkincisi, təfəkkürün inkişafı ilə əlaqədar olaraq pik-
toqramlarla bu və ya başqa mücərrəd anlayışı vermək 
mümkün olmadığı üçün yazıya müəyyən işarələr artırıl-
1
İdeoqrafiya iki yunan sözündən ibarətdir. Birinci ideya (idea) “anlayış”, “fikir”, ikincisi qra-
fo (grapho) sözü isə “yazıram” mənasını bildirir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
183
mışdır. Bu işarələr isə, öz növbəsində, ideoqrafik yazının 
yaranmasına təsir etmişdir.
İdeoqrafik yazı ilə şəkli yazı sistemi arasında möhkəm 
əlaqə olmuşdur. Bu əlaqə hətta şəkli yazının ideoqrafik yazı 
üçün bünövrə təşkil etməsində mühüm rol oynamışdır. 
Ona görə ki, ilk ideoqramlar zahirən, bir növ, piktoqram-
lara oxşayırdı. Bunu nəzərə alaraq yazının tarixi ilə məşğul 
olan tədqiqatçılar ideoqramı piktoqramdan fərqləndirmək 
üçün onun formasına deyil, məzmununa fikir verməyi 
məsləhət görmüşlər.
Piktoqramla ideoqramı bir-birindən seçmək üçün baş-
lıca olaraq piktoqramların bütöv hadisəni, ideoqramların isə 
ayrı-ayrı sözləri ifadə etməsi əsas götürülür.
İdeoqrafik yazı cəmiyyət min illər boyu inkişaf yolu 
keçdikdən sonra meydana çıxmışdır. Bu yazının yaranma-
sı mədəniyyət tarixində və xüsusən yazı tarixində böyük 
bir dönüş olmuşdur. Çünki nitqin sözlərə bölünməsi və 
bunlardan hər birinin şərti işarələrlə göstərilməsi səs yazı-
sının yaranması üçün yol açmaq demək idi.
İdeoqrafik yazının əmələ gəlməsi haqqında müxtəlif 
fikirlər vardır. Bir çox xarici ölkə alimləri (İ.Qelb, R.Vulli, 
Ç.Loukotka, D.Diringer və başqaları) ideoqrafik yazının 
bir ölkədə və bir xalq tərəfindən yarandığını söyləyirlər. 
Belə bir müddəaya əsasən bəzi alimlər bu tipli yazıların 
hamısının Misir yazı sistemindən meydana gəldiyini, bə-
ziləri isə şumer yazısından törədiyini iddia edirlər. Lakin 
V.İstrin belə bir nəzəriyyənin əksinə olaraq şumer, Misir 
və Çin yazılarının hər birinin həm daxili, həm də zahiri 
cəhətdən fərqləndiyini göstərmiş və bunların bir-birindən 
asılı olmadan müstəqil yolla təşəkkül tapdıqlarını əsaslan-
dırmağa çalışmışdır.
Qədim dövrlərdə ideoqrafik yazı sistemindən Misir-
də, Şumerdə, Çində, Meksikada (Meksikanın cənubunda 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
184
yaşayan mayya və şimalında yaşayan asteklər) və başqa 
yerlərdə istifadə etmişlər. Burada həmin yazı sistemlərinin 
hamısından deyil, ancaq Misir və Çin yazılarından bəhs et-
məklə kifayətlənəcəyik.
Ən qədim ideoqrafik yazılardan biri Misir yazısıdır. 
Bu yazı bizim eradan əvvəl Afrika qitəsində yaşamış bir 
sıra xalqlar arasında geniş yayılmışdır.
Misir yazısı şəkli yazı əsasında yaranmışdır. Ona görə 
də həmin yazının müəyyən hissəsini şəkillər təşkil etmiş 
və bu şəkillər əşyanın, hərəkətin ifadə olunmasına xidmət 
etmişdir. Məsələn, “ayaq”, “getmək”, “quyu”, “günəş”, “ay”, 
“əl” anlayışını bildirmək üçün 20-ci şəkildəki formadan is-
tifadə olunmuşdur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə