2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 13. Amerika hindilərinin ticarət müqaviləsi



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə101/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   97   98   99   100   101   102   103   104   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 13. Amerika hindilərinin ticarət müqaviləsi
Bu şəkil Şimali Amerika hindilərinin ticarət müqavilə-
sidir. Burada söhbət mal dəyişməkdən gedir. Ona görə də 
şəkildə mal mübadiləsinin şərti göstərilir. Müqavilənin məz-
munu belədir: ovda vurulmuş (öldürülmüş) 30 qunduzu bir 
vəhşi öküzə, bir dəniz su samuruna və bir qoyuna dəyişmək 
olar. Bu şəkildə tüfəng ov etməyi – öldürməyi göstərir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
176
Şəkli yazılarda ov səhnələri də çox geniş formada əks 
etdirilmişdir. Ov səhnəsini ifadə edən şəkli yazıların ən yaxşı 
nümunəsi (14-cü şəkil) Eskimosun ov səfərinə dair qeydləridir.
Şəkil 14. Ovçu Eskimosun “gündəliyi”
Şəkildə göstərilən birinci piktoqram adam şəklidir. 
Onun bir əli özünü, digəri isə (irəli uzanan əli) o biri tərəfi 
göstərir. Eskimos bunun vasitəsilə “mən yola düşdüm” fikrini 
ifadə etmişdir. Bu adamın getdiyi yer adası olan göllə göstə-
rilir. Yazının məzmunu belədir: “Bir adam ova getmiş, hey-
van dərisi əldə etmiş, sonra başqa bir dəri əldə etmiş, morj 
ovlamış, özgə bir ovçu ilə qayıqda getmiş və gecələmişdir”.
İnsanların dünyagörüşləri, şüur və düşüncələri ilə əlaqə-
dar olaraq hələ ilk dövrlərdə ancaq əşya, yaxud hərəkət göstə-
rilir və onlar haqqında mə lumat verilirdisə, get- ge də mü cər rəd 
anlayışla rı da ifadə etmək 
tələbi ya ranmışdır.
Onlar mücərrəd an-
layışların ifadəsi üçün 
bir neçə formadan isti-
fadə etmişlər. Məsələn, 
15-ci şəkildə göstərildiyi 
kimi, “ölüm” anlayışını 
bildirmək üçün heyva-
nın və yaxud insanın 
şəkli başıaşağı çəkilmiş-
dir. “Cəldlik” məfhumu-
nu bildirmək məqsədilə 
Şəkil 15. Mücərrəd anlayışları 
bildirən piktoqramlar


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
177
qol əvəzinə qanad çəkilmiş, “müharibə” anlayışını ifadə 
etmək üçün ox hazır vəziyyətdə təsvir edilmişdir və s.
Mücərrəd anlayış-
ları ifadə etmək üçün 
eyni əşyanın şəklinin 
qoşalaşdırılmasından 
da istifadə edilmişdir. 
Məsələn, 16-cı şəkildə 
olduğu kimi, insanlar 
“sevgi”, “məhəbbət” an-
layışını bildirmək üçün 
iki ürək şəkli çəkmiş və 
onları xətlərlə bir-birinə 
birləşdirmişlər. “Dost-
luq” məfhumunu əl-ələ 
vermiş iki adam şəkli 
ifadə etmişdir. “Təhlükə” 
və “qorxu” çal-çarpaz iki ilan şəkli ilə təsvir olunmuşdur.
Qədim insanlar piktoqramları ibadətxanaların, mə-
bədlərin divarlarında, ağac və ağac qabığında, sümük və 
s. üzərində cızmışlar.
Şəkli yazıdan Şimali Amerika hindiləri daha çox isti-
fadə etmişlər. Yazının bu növünə başqa xalqların, məsələn, 
qədim şumer və misirlilərin tarixində də təsadüf olunur. 
Təsadüfi deyil ki, eramızdan üç min il əvvəl şumerlər heca 
yazışma keçdikdə yüksək dərəcədə inkişaf etmiş olan şəkli 
yazıdan istifadə etmişlər. Qədim misirlilərin də yazısı eyni 
inkişaf yolu keçmişdir. Əvvəllər bu və ya digər anlayışı ifa-
də edən müəyyən şəkil Misir yazısında müəyyən hecanı 
ifadə edən son yazı işarələrinə çevrilmişdir.
Şəkli yazı mürəkkəb şəkillərdən və ya şəkillər seriya-
sından ibarət olur. Bu yazının özünəməxsus bir sıra xüsu-
siyyətləri vardır.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə