2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 16. Mücərrəd anlayışları



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə102/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   98   99   100   101   102   103   104   105   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 16. Mücərrəd anlayışları 
bildirmək üçün qoşalaşdırılmış 
piktoqramlar


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
178
1. Şəkli yazıda müvafiq şəkillərlə bu və ya digər əşya
yaxud hərəkət göstərilir və onlar haqqında məlumat ve-
rilir. Bu məlumat eyni zamanda əyani xarakter daşıyır.
2. Şəkli yazı sintetik xarakterlidir. Belə ki, müəyyən bir 
şəkil vahid mürəkkəb quruluşa malik olub, bütöv bir 
mövzunu əks etdirir.
3. Belə yazılarda dil formaları əks olunmur, yəni burada 
məlumat söz və ifadələrlə göstərilmir.
4. Şəkli yazıda hər bir piktoqram, adətən, bütöv cüm-
lələrə uyğun gəlir.
5. Bu yazıda piktoqramlar aydın və sadə xarakterlidir.
6. Şəkli yazı qədim insanların məişəti ilə çox əlaqədar ol-
duğundan hamı tərəfindən aydın oxunurdu.
7. Şəkli yazı vasitəsilə ən incə və geniş fikirləri ifadə et-
mək mümkün deyildir.
8. Piktoqrafık yazı təlim-təhsil məqsədi daşımırdı. Buna 
görə də bu yazı vasitəsilə ancaq uzun zaman yadda 
qalması vacib olan hadisə və s. əks etdirilirdi.
Bu yazının özünəməxsus xüsusiyyətlərindən biri də 
onun hər dildə oxuna bilməsi olmuşdur. Belə ki, şəkli yazını 
müxtəlif dillərdə danışan hər xalq öz dilində oxuya bilirdi.
AZƏRBAYCAN PİKTOQRAMLARİ
Yazının ilk tipi olan şəkli yazıdan hələ lap qədimdə 
Azərbaycanda da istifadə olunmuşdur. Başqa xalqlar kimi, 
azərbaycanlılar da şəkillərdən, əsasən, iki məqsədlə – 
bəzək və yazı üçün istifadə etmişlər.
Qədim zamanlardan Azərbaycan yurdunun övladları 
müəyyən əşya, xüsusən qab hazırladıqda bəzək məqsədilə 
onun üstündə insan, heyvan, quş, bitki şəkilləri çəkmiş və 
naxışlar həkk etmişlər. Məsələn, son vaxtlarda arxeoloqlar 
tərəfindən Mingəçevirdə tapılmış tunc dövrünə aid saxsı 
qablar naxışlarla, insan və heyvan şəkilləri ilə bəzəklidir. 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
179
Şəmkir rayonunda qazıntılar zamanı üzə çıxmış tunc kəmər 
üzərində başı üstə kaman tutan ovçunun şəkli vardır.
Bütün bu tipli şəkillər, əlbəttə, yazı deyildir, çünki 
burada müəyyən ardıcıl fikir izah olunmur. Axı, yuxarı-
da qeyd etdiyimiz kimi, hər şəkli yazı adlandırmaq olmaz. 
Yazı hesab edilən şəkillər mütləq hadisəni, əhvalatı əks et-
dirməlidir. Azərbaycanda Qobustan qayalarındakı yazılar 
buna parlaq misaldır
1
.
1
Şəkil “Azərbaycan tarixi” (I cild, 1958) kitabından götürülmüşdür.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə