2. ÜMumi DİLÇİLİk II indd


Piktoqrafik, yaxud şəkli yazı



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə100/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   96   97   98   99   100   101   102   103   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

1. Piktoqrafik, yaxud şəkli yazı;
2. İdeoqratik, yaxud fikri yazı;
3. Sillaboqrafik, yaxud heca yazısı;
4. Fonoqrafik, yaxud səs yazısı.
Yazının bu tiplərinin hər biri bu və ya başqa xüsusiy-
yətlərinə görə bir-birindən əsaslı surətdə fərqlənir.
1. ŞƏKLİ (PİKTOQRAFİK) YAZI VƏ ONUN 
XÜSUSİYYƏTLƏRİ
Bu və ya digər məlumatın, yaxud hadisənin şəkillər va-
sitəsilə ifadə edildiyi yazıya piktoqrafik, yaxud şəkli yazı de-
yilir. Piktoqrafik
2
yazıdakı hər bir ünsür piktoqram adlanır.
Piktoqrafik yazıda hər şəkil (piktoqram) bir və ya bir 
neçə cümləni əks etdirir. Belə yazıda nitq sözlərə bölün-
mür, bütöv cümlələrlə ifadə olunur.
Yazının bu ilk tipi çox qədim tarixə malikdir. Min il-
lər bundan əvvəl bu və ya digər məlumatı bildirmək üçün 
başqasına əşya göndərmək və sair vasitələrdən istifadə et-
mək insanlar üçün həmişə əlverişli və mümkün olmamış-
dır. Buna görə də ibtidai insanlar “primitiv qrafik xətlər 
çəkmək vərdişi əldə edərək” əşyanın özünü deyil, onun 
şəklini çəkib göndərmişlər.
1
İngilis alimi D.Diringer yazının 3-cü tipini də iki yerə – heca və hərfli yazıya bölür.
2
“Piktoqrafiya” iki sözdən ibarətdir. Birinci piktus (piktus) latın sözü “şəkli”, “şəkli çəkil-
miş”, ikincisi qrafo (grapho) yunan sözü isə “yazıram” mənasını ifadə edir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
175
Keçmişdə insanlar müəyyən məqsədlərlə bağlı olaraq 
yüzlərlə şəkil çəkmişlər. Lakin bu şəkillərin hamısını heç 
də yazı hesab etmək olmaz. Çünki bunlardan bəzisində 
yazıya məxsus olan əsas cəhət – bu və ya digər məlumatın 
məzmununu məntiqi şəkildə əks etdirmək yoxdur. Məhz 
buna görə də ancaq müəyyən məlumatın məzmununu 
məntiqi surətdə əks etdirən şəkil ilk yazıya aid edilir.
Deməli, insanların çəkdiyi ibtidai şəkillər bu və ya di-
gər məlumatı əks etdirdikdə şəkli yazı yaranmağa, forma-
laşmağa başlamışdır.
Piktoqrafik yazılarla ifadə edilən mövzuların əhatə 
dairəsi bir o qədər geniş olmamışdır. Əsasən ov səhnələri, 
vuruş və qaçış hadisələri, ticarət müqavilələri və s. mövzu-
lar bu yazılarda öz əksini tapmışdır.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə