Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
169
Fikrin əşya vasitə-
silə ifadə edilməsinin
bir neçə xüsusiyyə-
ti vardır. Bunlardan
bi rincisi, əşya bu və
ya digər məlumatı
müxtəlif dillərdə da-
nışan adamlara eyni
dərəcədə və demək
olar ki, eyni məzmun-
da çatdıra bilir.
İkinci-
si, əşya vasitəsilə fikir
başqasına tez və aydın
çatır. Məsələn, mağa-
zanın vitrinində qadın
ayaqqabısını görən hər
bir şəxsə tez aydın olur
ki, həmin yerdə qadın
ayaqqabısı satılır. Hə-
min şəxs bu fikri yazı
vasitəsilə bilməli olsa,
o, lap yaxına getməli və
yazılan sözləri oxuma-
lıdır. Üçüncüsü, dərin
fikirləri, hər cür mücər-
rəd anlayışları əşya vasitəsilə ifadə etmək mümkün olmur.
Hər hansı bir məlumatın əşya vasitəsilə ifadə edilmə-
sinə hazırkı dövrdə də təsadüf olunur. Mağazanın profi-
linə uyğun vitrinə bu və ya başqa əşya, yaxud məhsulların
qoyulması, yollarda müxtəlif işarələrdən ibarət lövhələrin
asılması, bu məqsədlə sarı, qırmızı, yaşıl rəngli işıqlardan
istifadə edilməsi və s. bu və ya digər məlumatı əşya vasitə-
silə ifadə etməyin qalıqlarıdır.
Dostları ilə paylaş: