Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
166
Qədimdə insanlar müəyyən məlumatı məkan və za-
manla əlaqədar olaraq uzağa çatdırmaq üçün
kəndir və
yaxud
ipi düyünləmək vasitəsindən də istifadə etmişlər.
Fikri düyünlər vasitəsilə (quipu) ifadə etmək qədimdə
çox geniş yayılmışdır. Bu vasitədən farslar, türklər, çinlilər,
meksikalılar və bir sıra başqa xalqlar istifadə etmişlər.
Bəzi xalqlar kəndir və yaxud ipi düyünləmək vasitə-
silə sadəcə olaraq say anlayışını ifadə etmişlər. Məsələn,
farslar asılmış hər bir ipin vasitəsilə say və yaxud müəyyən
əşyanın miqdarını (7-ci şəkildə olduğu kimi) təyin etmiş-
lər.
Perulular, meksikalılar isə ipi düyünləməklə təkcə say
anlayışını deyil,
daha mürəkkəb məlumatı ifadə etmişlər.
Meksikalılar arasında bu vasitə vaxtı ilə o qədər geniş
yayılmış və inkişaf etmişdi ki, onlar düyünlər vasitəsilə bu
və ya başqa müqaviləni, bütöv əhvalatı da ifadə edə bilir-
dilər. Bəzi məlumatlara görə, Müqəddəs Mayya adasında
yaşayan qədim hindilər “Koxou ronqo-ronqo” adlanan hə-
min düyünlü yazı ilə hətta tarixi hadisəni “təsvir edir” və
“şeir yazmağı” da bacarırlarmış.
Qədim dünya xalqları müəyyən məlumatı düyünlər
vasitəsilə ifadə edərkən, əsasən, yoğun kəndir, ip və ağac-
Dostları ilə paylaş: