2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 10. Balıqqulağından düzəldilmiş



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə97/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   93   94   95   96   97   98   99   100   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 10. Balıqqulağından düzəldilmiş 
şərti mənalı kəmər (vampum)


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
170
Müasir dövrdə fikrin əşya vasitəsilə ifadə olunmasının ən 
yüksək inkişaf pilləsi şahmatdır. Belə ki, şahmat lövhəsi üzə-
rində oyunçu hər bir fiqurun hərəkəti ilə qabaqcadan müəy-
yən edilmiş şərti mənalarla fikrini öz rəqibinə çatdıra bilir.
Məlumatı əşya ilə ifadə etmək müəyyən cəhətlərinə görə 
ya zını xatırladır. Yazıda, əsasən, cizgilərdən, xətlərdən istifadə 
olun duğuna görə məlumatın əşya və digər şeylərlə ifadə edilmə-
sini heç cür yazı hesab etmək olmaz. Lakin yazının əmələ gəlmə-
si və inkişafında bunların da mühüm rol oynadığı şübhəsizdir.
FİKRİN CİZGİLƏR VASİTƏSİLƏ ƏKS OLUNMASI
Yuxarıda deyildiyi kimi, yazı ücün başlıca əlamət 
onun xətlərdən, cizgilərdən ibarət olmasıdır. Yazının bu 
ünsürləri ibtidai dövrlərdən başlayaraq mürəkkəb bir in-
kişaf yolu keçmişdir. Hələ lap qədim dövrlərdə insanlar öz 
fikirlərini əşya vasitəsilə ifadə edərkən şərti mənalı ibtidai 
xətlərdən, cizgilərdən istifadə etmişlər.
TORPAQ VƏ AĞAC ÜZƏRİNDƏ ŞƏRTİ
İŞARƏLƏR ETMƏKLƏ
İnsan təbiətdə mövcud olan digər canlılardan fərqli 
olaraq, formalaşdığı gündən ətraf mühitlə maraqlanmış və 
onu öyrənməyə başlamışdır. İlk insanlar maddi varlıqdakı 
şeyləri dərk edərkən mövcud işarələri də anlaya bilmişlər. 
Onlar əvvəlcə torpağın üzərində gördükləri izlərlə ora-
dan nə keçdiyini (heyvan, yaxud insan) müəyyən etmişlər. 
Daha sonralar, izlərin vasitəsilə heyvanın cinsini, növünü, 
hansı istiqamətdə və necə getdiyini də müəyyənləşdirə 
bilmişlər. Bu cəhəti nəzərə alaraq bəzi alimlər insanın yaz-
maqdan əvvəl oxumağı öyrəndiyini söyləmişlər
1
.
1
В.И.Истрин. «Развитие письма». M., 1961.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
171
İbtidai insanlar zaman keçdikcə mövcud işarələri 
“oxumaqla” yanaşı, bu və ya başqa anlayışı bildirmək üçün 
özləri müəyyən işarələr etməyə başlamışlar. Məsələn, bu 
və ya başqa heyvanın izini torpaq üzərində göstərməklə 
həmin heyvandan ovlamaq istədiklərini bildirmişlər. Bu 
işarələr fikri müəyyən vasitə ilə başqasına çatdırmağa cəhd 
etməyin lap ilk mərhələsi hesab edilir.
İbtidai insanlar izlərdən başqa, şərti mənalı işarələr-
dən də geniş istifadə etmişlər. Belə ki, meşəlik yerlərdə ova 
çıxan adamlar öz yoldaşlarına müəyyən məlumat vermək 
üçün ağacların üzərində istiqaməti bildirən işarələr etmiş-
lər. Zaman keçdikcə bu kimi işarələrdən daha mürəkkəb 
şəkildə istifadə olunmuşdur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə