2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə98/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   94   95   96   97   98   99   100   101   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

AĞAC PARÇASINI ÇAPMAQLA
Qədim insanlar hesab anlayışını bildirmək, müəyyən 
müqavilə bağlamaq və ya qəbz vermək üçün ağac parçası-
nın üzərini çapmaq, kərtmək vasitəsindən istifadə etmişlər.
Məsələn, hesab, kə-
miyyət bildirmək üçün 
ağac parçasının üstünü 
əşyanın miqdarı qədər 
çapmışlar. Başqa bir mi-
sal, birinin başqa birisinə 
verdiyi borcun miqdarını, 
yaxud başqa şeyin müqa-
bilində verilən əş ya nın sa-
yını – buğda çu va lını və s. 
göstərmək üçün müəyyən 
ölçüdə hazırlanmış ağac parçasının səthini çapmışlar.
Sonradan həmin ağac ortadan iki yerə (11-ci şəkil) bö-
lünmüş və tərəflərin hərəsi bir ədədini özündə saxlamışdır. 
Ağacın üzərində oyulan çapıqlar müxtəlif formalarda – düz, 
Şəkil 11. Miqdar bildirmək üçün 
istifadə olunan ağac parçası


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
172
əyri, xaçvari və s. olmuşdur. Bu vasitədən ən çox slavyan 
tayfaları, ingilislər və fransızlar istifadə etmişlər.
İNSAN BƏDƏNİNDƏ XƏTLƏR ÇƏKMƏKLƏ
Yazının əmələ gəlməsində insanların öz bədənlərini 
yazmalarının da böyük rolu olmuşdur.
İnsanlar öz bədənlərini iki məqsəd üçün yazmışlar. 
Bunlardan birincisi bədəni bəzəmək, ikincisi isə müəyyən 
anlayışı bildirməkdir.
Alimlərin müəyyən etdiklərinə görə, insanlar ilk dəfə 
tatuirovkadan
1
 ancaq bədəni bəzəmək, ona gözəllik vermək 
məqsədilə (xüsusən Amerika, Avstraliya və Afrika qitələrin-
də yaşayan bir sıra xalqlar) istifadə etmişlər. Bədəni yazmaq 
üçün ilk dövrlərdə daş parçasından istifadə olunurdu. Bə-
dənə müəyyən xətlər iti daş parçası ilə çəkilirdi. Buna görə də 
ilk tatuirovkalar çox kobud və eybəcər şəkildə idi. Müəyyən 
dövrdən sonra insanlar fil sümüyündən, balina dişlərindən 
alətlər düzəltməyi öyrənmişlər. Bu alətlərlə edilən tatuirovka-
lar öz zərifliyi ilə əvvəlkilərdən fərqlənirdi. Bədəni bəzəmək 
məqsədi ilə edilən tatuirovka zamanı müəyyən vasitələrlə 
dərini cızıb, yaxud deşdikdən sonra 
həmin yerlər bitkidən alınan boya, 
yandırılmış ot və ağac qurumu va-
sitəsilə rənglənirdi. Bu qayda ilə insa-
nın bədənində çoxlu xətlər, naxışlar 
çəkilirdi.
Bədəni yazmaq Polinezi adasın-
da daha səciyyəvi olmuşdur. Hə min 
adanın sakinləri bədənin, de mək olar 
ki, bütün hissələrində bəzək-düzək 
əməliyyatı aparırdılar.
1
İnsan bədənini yazmağa tatuirovka deyilir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə