2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 12. Sifəti yazılmış qadın



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə99/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   95   96   97   98   99   100   101   102   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 12.
Sifəti yazılmış qadın


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
173
Tatuirovkalar bəzi xalqlarda başqa məqsəd də gü-
dürdü; belə ki, bədənə çəkilmiş hər bir xətt ilk dövrlərdən 
müəyyən şərti məna daşıyırdı. Bu və ya başqa bir adamın 
hansı tayfaya məxsus olması tatuirovkalardakı şərti məna-
lı işarələrlə göstərilirdi.
Tatuirovkadan (12-ci şəkil) insanların xarakterini, 
keyfiyyətini, ictimai vəziyyətini, qəhrəmanlığını və s. ifadə 
etmək üçün istifadə olunurdu.
Üzdə və bədəndə işarələr uzun zaman oxunulmamış-
dır; çünki alimlərin bir çoxu bunları ancaq bəzək vasitəsi 
hesab edirdi. Yazının tarixi ilə maraqlanan tədqiqatçılar bu 
məsələ ilə xüsusilə məşğul olmuş və nəticədə yazının inki-
şafında tatuirovkanın böyük tarixi rolunu qeyd etmişlər. 
Onlar göstərmişlər ki, tatuirovkalar insanlara öz fikirlərini 
xətlər vasitəsilə ifadə etməyi öyrətmişdir. Lakin fikrin ifa-
dəsi üçün istifadə edilən bu tatuirovkalar – ibtidai çapıq-
lar, cizgilər və xətlər şərti məna daşıdığı üçün hələ yazının 
özü deyildi. Bunlar yazının ancaq formalaşmasına xidmət 
edən vasitə və mənbələr idi. Bu mənbələr yazının birinci 
tipi olan şəkli yazının yaranması üçün rüşeym olmuşdur.
Yazının formalaşması və inkişafı dövründə onun bir 
neçə tipi meydana çıxmışdır.
YAZININ TİPLƏRİ
Yazının inkişafı cəmiyyətin inkişafı ilə əlaqədardır. 
Belə ki, yazı lap ilk dövrlərdən ünsiyyətə kömək edərək 
həmişə insanların düşüncə və təfəkkürlərinin inkişafı ilə 
bağlı olaraq təşəkkül tapmışdır. Müasir yazı sistemi və yazı 
texnikası uzun tarixi yol keçərək hazırkı şəklə düşmüşdür. 
Bu illər ərzində onun prinsipləri, istifadə üsulları dəfələrlə 
dəyişmiş, müəyyən qanunauyğunluq əsasında tədrici sə-
lisləşmə, asanlaşma, təkmilləşmə yolu ilə bu gün istifadə 
etdiyimiz formaya gəlib çıxmışdır.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
174
Yazının tipləri və inkişafı barədə müxtəlif fikirlər var-
dır. Bəzi alimlər yazını şəkli yazı, fikri yazı və fonetik yazı 
adları altında üç tipə bölmüş
1
, bəziləri isə onun inkişafı-
nın şəkli yazıdan başlayıb heca yazısına doğru getdiyini və 
hərfli yazının heca yazısından əmələ gəldiyini söyləmişlər. 
Lakin son tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, 
yazının dörd əsas tipi vardır:

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə