2. ÜMumi DİLÇİLİk II indd


FİKRİN ƏŞYA VASİTƏSİLƏ İFADƏ EDİLMƏSİ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə93/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   89   90   91   92   93   94   95   96   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

FİKRİN ƏŞYA VASİTƏSİLƏ İFADƏ EDİLMƏSİ
Lap qədim zamanlardan – yazının mövcud olmadığı bir 
dövrdə insanlar öz fikirlərini uzaq məsafəyə çatdırmaq üçün 
çox müxtəlif əşya və digər şeylərdən istifadə etmişlər. Yazının 
meydana gəlməsi tarixi ilə məşğul olanların bir qrupu, insan-
ların öz fikirlərini əşya vasitəsilə əks etdirmələrini “əşya yazısı” 
adlandırmışdır. Yazı xətlərdən, cizgilərdən ibarət olduğuna 
görə, fikrin şərti mənalı əşyalarla ifadə olunmasını, sözün əsl 
mənasında yazı adlandırmaq, əlbəttə, düzgün deyildir. Lakin 
qeyd etmək lazımdır ki, fikrin şərti mənalı əşyalarla ifadə olun-
ması
1
yazının formalaşmasına böyük təsir göstərmişdir.
1
Burada əşya anlayışı şərti və geniş mənada götürülür. Buna görə də insanların istifadə et-
dik ləri bütün şərti mənalı şeylərin hamısı əşya adlandırılır.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
164
Qədim dövrlərdən insanlar öz fikirlərini ifadə etmək 
üçün bir neçə vasitədən istifadə etmişlər.
Ağac budaqlarını qırmaqla. İnsanlar meşəlik yerlərdə öz 
yoldaşlarına xəbər çatdırmaq, ovlamaq istədikləri heyvanla-
rın keçdiyi yeri və onların miqdarını bildirmək üçün ağacların 
budaqlarını sındırmış, yaxud da ağacın üzərində ox asmışlar. 
Bu proses, yəni fikrin əşya vasitəsilə ifadə edilməsi get-gedə 
mürəkkəbləşmiş, insanlar daha başqa vasitələrə əl atmışlar.
Əşya və başqa şeylər göndərməklə. Qədim insanlar bu 
işdə ən çox istifadə olunan, tez tapılan həyati-zəruri əşya-
lardan geniş istifadə etmişlər. Məsələn:
Ox göndərməklə müharibə anlayışı ifadə olunmuşdur. 
Belə ki, bir tayfa o birisinə ox göndərməklə onunla vuruş-
maq, müharibə etmək istədiyini bildirmişdir.
Qəlyan sülh anlayışını ifadə etmişdir. Bir tayfa o biri-
sinə qəlyan göndərməklə barışıq təklif etmişdir.
Duz dostluq anlayışını bildirmişdir. Müəyyən tayfa-
nın o birinə duz və çörək göndərməsi onunla dost olmaq və 
yaxud dostluq şəraitində yaşamaq təklifini ifadə etmişdir.
Bu və ya başqa əşya, yaxud digər şey göndərmək vasitəsilə 
məlumatı ifadə etmək üçün bitkilərdən, xüsusən, gül-çiçəkdən 
daha geniş istifadə olunmuşdur. Göndərilən gül-çiçəyin rəngi bö-
yük məna kəsb etmiş, hər bir rəng şərti anlayışla bağlı olmuşdur.
Qızılgül sevgi, məhəbbət simvolu olmuşdur. Belə ki, 
birinin başqasına qızılgül verməsi, yaxud göndərməsi, hə-
min adamın gül göndərilən adamdan xoşu gəlməsini, onu 
sevməsini ifadə etmişdir.
Birinin başqasına ağ gül göndərməsi onunla görüşüb- 
danışmaq anlayışını bildirmişdir.
Sarı gül ayrılığı ifadə etmişdir.
Qədimdə müəyyən bir məlumatı başqasına çatdırmaq 
üçün yalnız cansız əşyalardan deyil, heyvan və quşlardan 
da istifadə olunmuşdur.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
165
Skiflərin farslara göndərdiyi şeylər fikrin diri heyvan 

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə