2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə92/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   88   89   90   91   92   93   94   95   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

YAZININ ƏMƏLƏ GƏLMƏSİ
Yazının əmələ gəlməsinin çox qədim tarixi vardır. Lap qə-
dimlərdə insanlar ayrı-ayrı qruplar şəklində bir-birindən asılı 
olmayaraq yaşamışlar. Həmin dövrdə bu insan qrupları arasın-
da əlaqə zəif olmuşdur. Lakin sonrakı dövrlərdə ictimai quruluş 
formalaşmağa başladıqda insan qrupları arasında siyasi, iqtisa-
di və sair əlaqələr də yaranmağa başlamışdır; ayrı-ayrı tayfalar 
müəyyən məqsədlər üçün bir-biri ilə danışıqlar aparmalı olmuş, 
onlarda öz duyğu, düşüncə və arzularını bir-birlərinə çatdırmaq 
ehtiyacı meydana gəlmişdir. Tədricən artmaqda olan belə tələ-
batı, şübhəsiz, təkcə şifahi ünsiyyət ödəyə bilməzdi. Elə buna 
görə də insanlar ünsiyyətə köməkçi olan ikinci bir vasitəni – ya-


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
162
zını yaratmağa başlamışlar. Onun başlanğıc dövrü heç bir xüsu-
si plan və sair üzrə deyil, tədrici yolla yaranmışdır.
Demək, yazı insanların dillə ünsiyyət saxlamaları 
mümkün olmadığı şəraitdə, çox tədrici şəkildə, həm də zə-
ruri tələbat əsasında əmələ gəlmişdir.
Dilin əmələ gəlməsində olduğu kimi, yazının yaran-
masında da kollektivin ümumi əməyi vardır; belə ki, yazı 
ayrı-ayrı şəxslər tərəfindən deyil, bütün kollektivin vasitə-
silə meydana gəlmişdir
1
.
Yazının yaranmasında bütün tayfa və xalqların iştirak 
etdiyini düşünmək doğru olmaz. Müasir dövrdəki yazısız 
xalqların tarixi buna aydın sübutdur.
Çox qəribədir ki, XIX əsrin axırlarına kimi Mərkəzi Afrika 
və Şimali Amerikanın bəzi xalqları yazını qeyri-təbii qüvvə, mək-
tubu isə danışan canlı əşya hesab edirdilər. Həmin xalqlara mən-
sub olanların hətta bəziləri kağız parçası tapdıqda qulağının 
üstünə qoyub, kağızın ona nə deməsini xahiş edirmişlər. Çünki 
yazının sirrindən onların xəbərləri yox imiş. Bu haqda belə bir 
maraqlı əhvalat nəql edilir
2
. Bir nəfər Cənubi Amerika hindisi 
öz ağasının yaxın dostuna məktubla bərabər bir zənbil meyvə 
aparır. Hindi geri qayıdıb, cavab məktubunu öz ağasına verir. 
Hindinin ağası məktubu oxuduqdan sonra – sən apardığın 
meyvədən yolda yeyibsən, – deyib onu bərk döyür. Hindi çox 
təəccüblənir. Çünki yolda meyvəni yeyəndə onu heç kəs görmə-
mişdi. Həmin hindi ikinci dəfə yenə meyvə aparmalı olur. Lakin 
o məktubun “xəbərçi” olduğundan şübhələndiyi üçün, bu dəfə 
meyvədən yeməyə başlamazdan əvvəl, böyük bir daşı qaldırıb 
kağızı onun altına qoyur və fikirləşir ki, məktub daşın altında 
olduqda onun (hindinin) meyvədən yediyini görə bilməyəcək-
dir. Hindi geri qayıdanda yenə öz ağası onu bərk döyür. Çünki 
1
Burada, ümumiyyətlə, yazı nəzərdə tutulur. Ona görə də bunu əlifba yaratmaq məsələsi 
ilə qarışdırmaq olmaz.
2
В.А.Правдолюбов. «История письма». Государственное Издательство, Москва, 1924, c. 11.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
163
meyvəni alan şəxs hindi ilə göndərdiyi məktubda onun yenə 
də meyvədən yediyini yazmışdı. Hekayənin sonunda qeyd 
edildiyi kimi, “hindinin kürəyi ağasının kötəyi ilə qaraldıqdan 
sonra o, məktubun mahiyyətini başa düşmüşdü”.
Qədim dövrlərdə yazı bütün dünyanın hər yerin-
də eyni də rəcədə inkişaf etməmişdir. İsti ölkələrdə iqlim 
yumşaq oldu ğu üçün orada yazı yayıla bilmiş və inkişaf et-
mişdir. Soyuq yer lər də – şimalda isə insanlar yazı ilə məş-
ğul olmaqda çətinlik çək mişlər. Çünki cənubda daş, ağac 
üzərində işləmək, xətlər çək mək mümkün olduğu halda, 
şimalda bunu etmək qismən çə tin idi.
Yuxarıda qeyd edildiyi kimi, ümumiyyətlə, yazı birdən- 
birə meydana çıxmamışdır. Yazının əmələ gəlməsində fik-
rin müxtəlif vasitələrlə ifadə və əks olunmasının xüsusi tə-
siri olmuşdur. Fikrin müxtəlif vasitələrlə ifadə edilməsinin 
və əks olunmasının, əsasən, iki forması vardır:
1. Fikrin əşya vasitəsilə ifadə edilməsi;
2. Fikrin xətlər (cizgilər) vasitəsilə əks olunması.
Fikrin əşya vasitəsilə ifadə edilməsi tarixi daha qədimdir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə