2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə88/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   84   85   86   87   88   89   90   91   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

3. TOFA DİLİ
Tofa dili tofa adlanan xalqın dilidir. Tofalar hazırda 
İrkutsk vilayətinin Nijneudin bölgəsində yaşayırlar. Əhali-
sinin miqdarı olduqca azdır.
Tofa özlərini “tofa”, “tofatlar” adlandırırlar. Lakin bu 
xalqın adına indi “qarakas”da deyilir.
Tofa dilinin mənşəyi daha çox qədim uyğur dili ilə 
bağlıdır. Bununla belə, oğuz dili ilə də əlaqəli olmuşdur.
Tofa dili linqvistik xüsusiyyətlərinə görə tuva dilinə çox 
yaxındır. Bu əlaməti əsas tutaraq bəzən tofa dilinin müstəqilli-
yinə şübhə ilə yanaşıb, onu tuva dilinin bir dialekti hesab edir-
lər
1
. Tofa dili özünün fonetik, leksik və qrammatik cəhətlərinə 
görə türk dillərindən fərqlənir. Məlum olduğu üzrə, tofalar 
maralçılıq və ovçuluqla məşğul olurlar. Buna görə də onların 
dilində həmin sahələrə dair onlarca səciyyəvi söz və ifadə işlə-
nilir ki, həmin ünsürlərə başqa dillərdə təsadüf edilmir.
Tofa dilinin yazısı yaranmamışdır. Onlar başqa dillə-
rin, o cümlədən rus dilinin yazı sistemindən istifadə edirlər.
4. TUVA DİLİ
Tuva xalqının dilidir. Tuvalar, əsasən, Tuva Muxtar 
Respublikasında yaşayırlar. Bundan başqa, Krasnoyarsk 
vilayətində və Monqolustanda da tuva dilində danışan 
əhali vardır.
1
N.A.Baskakov. Göstərilən əsəri.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
155
Tuva xalqının nümayəndələri özlərini “tıvalar”, “tıva 
kiji” adlandırırlar. Bundan başqa, onlar “sayotlar”, “soyonlar”, 
“soyonlular”, “uryanxaylar”, “tannu-tuvalılar” və başqa et-
nonimlərlə də adlandırılmışdır
1
. Tuva dilinin formalaşması 
tarixində bir çox mürəkkəb proseslər baş vermişdir. Bu dil 
qədimdən monqol dili və əhatəsində olduğu digər bir sıra 
dillərlə qarşılıqlı təsirdə olmuşdur. Bunun da nəticəsində 
onun tərkibində müxtəliflik əmələ gəlmişdir. Tuva dilinin 
lüğət tərkibinə bir tərəfdən monqol, digər tərəfdən isə fın-
uqor və tunqus-mancur leksik ünsürləri yol tapmışdır.
Tuva dili müasir tukyuy dillərindən tofa və yakut dillə-
rinə daha yaxındır
2
.
Tuva danışıq dilində bir sıra dialekt və şivə vardır. Təd-
qiqatçılar tuva dilinin dialektlərini dörd zonaya bölürlər:
1. Mərkəzi zona, yaxud mərkəzi dialekt.
2. Qərb zonası, yaxud qərb dialekti.
3. Şimal-şərq zonası, yaxud Tocin dialekti.
4. Cənub-şərqi zona, yaxud cənub-şərq dialekti.
Tuva ədəbi dilinin əsasını mərkəzi dialekt təşkil edir.
Tuva yazılı ədəbi dili XX əsrin 30-cu illərinə aiddir. 
Tuvaların milli yazısı 1930-cu ildən başlamışdır. Həmin 
ildə latın qrafikası əsasında tuva əlifbası yaradılmışdır. Bu 
əlifbadan 1941-ci ilə kimi istifadə edilmişdir. 1941-ci ildən 
isə tuva əlifbası Kirill qrafikası əsasında qurulmuşdur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə