Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
148
irəsi get-gedə məhdudlaşmışdır. XX əsrin I yarısında tatar
ədəbi dili xalqa daha yaxın olmuş və geniş inkişaf etməyə
başlamışdır. Əsrin əvvəllərindən tatar dili məktəblərdə is-
tifadə edilmiş, mətbuat və nəşriyyat dilinə çevrilmişdir.
Tatar danışıq dilinin üç dialekti müəyyənləşdirilmişdir:
1) Mərkəzi, yaxud orta dialekt;
2) Qərb dialekti;
3) Şərq dialekti.
Bunlardan mərkəzi dialekt müasir tatar ədəbi dilinin
əsasını təşkil edir. Tatar dilinin yazı sistemində 1927-ci ilə
qədər ərəb, 1927-ci ildən 1939-cu ilə kimi latın qrafikasın-
dan istifadə olunmuşdur. 1939-cu ildən isə tatar yazısında
Kirill qrafikası əsasında hazırlanmış əlifbaya keçilmişdir.
1999-cu ildə Tatarıstanda yenidən latın qrafikalı əlifba-
ya keçilməsi haqqında qərar qəbul edilmişdir. Bu qərar
2004-cü ildə Rusiya Federasiyasının Konstitusiya Məh-
kəməsinin qərarı ilə ləğv edilmişdir, ancaq latın qrafikalı
əlifbadan Tatarıstanda hələ də geniş istifadə olunur.
Dostları ilə paylaş: