2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə81/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   77   78   79   80   81   82   83   84   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

2. ÇUVAŞ DİLİ
Çuvaş dili çuvaşların doğma dilidir. Çuvaş xalqı Çu-
vaş Muxtar Respublikasında yaşayır. Respublikadan kə-
narda Rusiyanın bəzi vilayətlərində, həmçinin Tatarıstan-
da və Başqırdıstanda da çuvaş topluluqları vardır.
Çuvaşların bir xalq kimi formalaşması barədə vahid fi-
kir yoxdur. Bu sahədəki müxtəlifliklərlə bağlı mübahisələr 
hökm sürməkdədir. Problemlə bağlı çuvaş alimlərinin mü-
lahizələri daha münasibdir. Çuvaşlar qədim bulqar xalqı-
nın bir qoludur. Bulqarlar indiki Çuvaş Respublikası ərazi-
sinə IX-X əsrlərdə gəlmişlər. Həmin ərazidə başqa tayfalar, 
o cümlədən fin-uqor tayfaları da yaşayırdılar. Bulqarlar 
yerli qəbilələrlə uzun illər qaynayıb-qarışma prosesi keçir-
miş və nəticədə bütün yerli sakinlər gəlmə bulqarların di-
lini götürmüşlər. XIII əsrdə bu əraziyə daha başqa bulqar 
tayfaları – suvarlar/suvazlar gəlmişlər. İlk bulqarlarla su-
varların qovuşması əsasında çuvaş xalqı formalaşmışdır
1

Çuvaşlar XVIII əsrdən xristianlığı qəbul etmişlər.
Çuvaş dili öz əsası üzərində inkişaf edərkən qədimlərdə 
skif-sarmat, fın-uqor, slavyan dilləri ilə, sonralar isə tatar və 
başqırd dilləri ilə qarşılıqlı təsir münasibətində olmuşdur
2
.
Çuvaş dili qədim tarixə malikdir. Bu dildə türksistem-
li dillərə məxsus qədim ünsürlər çoxdur. Buna görə də çu-
vaş dili bütün müasir türksistemli dillərdən çox fərqlənir. 
Bu fərqlərə əsaslanaraq bəzi tədqiqatçılar çuvaş dilini türk 
dillərinin heç bir qrupuna aid etməyib, onu ayrıca göstərir-
lər. Fərqlərinin çox olmasına baxmayaraq, çuvaş dili türk-
sistemli dillərin bulqar yarımqrupuna aiddir.
1
Н.П.Петров. Чувагский язык в Советскую эпоху. Чебоксары.
2
Н.А.Баскаков. Введение в изучение тюркских языков: M., 1969. с. 239.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
143
Çuvaş danışıq dilində iki dialekt müəyyənləşdirilmişdir:
1) Viryal, yaxud yuxarı dialekt;
2) Anatri, yaxud aşağı dialekt.
Bu dialektlər və onların şivələri arasında ciddi fərqlər 
yoxdur. Fonetik cəhətdən bu dialektlərin başlıca fərqi on-
dadır ki, yuxarı dialektdə  fonemi, aşağı dialektdə isə 
fonemi üstünlük təşkil edir və çox işlənir.
Müasir çuvaş ədəbi dilinin əsasını Anatri (aşağı) dia-
lekti təşkil edir. Çuvaş ədəbi dili inkişaf etmiş dillərdəndir. 
Bu dildə hər növ elmi və bədii ədəbiyyat çap olunur, on-
dan tədris prosesində istifadə edilir.
Çuvaş dilində yazılı əsər XVIII əsrdən mövcuddur. Hə-
min əsrdə çuvaş dilinin qrammatikası yazılmışdır. XIX əsrdə 
(1873) Kirill qrafikası əsasında çuvaş əlifbası yaradılmışdır.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə