2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə83/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   79   80   81   82   83   84   85   86   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

5. QARAYIM DİLİ
Qarayım dili qarayım xalqına məxsus ünsiyyət vasitə-
sidir. Qarayım xalqı qədim türk tayfa ittifaqlarından əmələ 
gəlmişdir. Burada öncə bulqar, xəzər, oğuz, sonra qıpçaq 
və başqa tayfalar iştirak etmişdir. Qarayımlar özlərinə qa-
ray və ya qaraylar deyirlər.
Qarayımlar (qaraylar) çoxdan yəhudi dinini qəbul et-
miş və indi də ona sitayiş etməkdədirlər.
Hazırda qarayımlar dağınıq şəkildə Litvada, Ukrayna-
da, Rusiyada, Polşada, İsraildə, Misirdə, Türkiyədə, İsveçrə-
də, Fransada, İngiltərədə, Belçikada, ABŞ-da yaşayırlar.
Qarayım dili mürəkkəb şəraitdə formalaşmışdır. Bu 
dilə türksistemli dillərdən əlavə yad dillərin də təsiri az 
olmamışdır. Qarayım dilində slavyan, roman, baltik dillə-
rinin ünsürləri çoxdur. Bununla yanaşı, qarayım dili özünə 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
146
aid türk mənşəli bir çox xüsusiyyətləri də qoruyub saxlaya 
bilmişdir.
Qarayımca 
 
Azərbaycanca
Üğüt sözlyaçip eşidip, 
Öyüt sözlərini eşidib
Alqışlarını kabul edip. 
Alqışlarını qəbul edib.
Yaratma vahttan dünyanı Yaratdığı vaxtdan dünyanı
Koydu bizqya, kadağapı. Qoydu bizə qadağanı.
Qarayım dilinin linqvistik əlamətləri onun bulqar ya-
rımqrupuna aid edilməsinə əsaslı imkan verir.
Hazırda qarayım dili danışıq dili kimi mövcuddur. Bun-
dan ailə-məişət şəraitində istifadə olunur. Belə bir vəziyyət 
qarayım dilinin gələcək inkişaf taleyini şübhə altına salır.
Qarayımlar dünyanın bir sıra yerlərinə yayıldıqla-
rı üçün onların danışıqlarında təbii olaraq bir çox fərqlər 
meydana gəlmişdir. Məsələn, Ukraynadakı qarayım danı-
şığı Litvadakı qarayım danışığından seçilir.
Tədqiqatçılar Ukrayna və Litva qarayımlarının danışı-
ğında üç dialekt göstərmişlər:
1. Trakay dialekti (Litvanın Vilnüs, Trakay və Panevejis 
şəhərlərindəki qarayım danışığı);
2. Qaliç dialekti (Ukraynanın Kiyev, Qaliç və Lutsk şə-
hər lərindəki karaim danışığı);
3. Krım dialekti (Yevpatoriya və Baxçasaray şəhərlərin-
dəki qarayım danışığı).
Bu dialektlərdən üçüncüsü, yəni Krım dialekti digər-
lərindən xeyli fərqlənir. Həmin dialektə Krımdakı tatar da-
nışığının güclü təsiri olduğu görünür.
Qarayım dilində qədim türk dillərinin bir çox maraqlı 
fonetik, leksik və qrammatik xüsusiyyətləri indi də müha-
fizə olunmaqdadır.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
147
Qarayımlar yaşadıqları ölkələrin yazılı ədəbi dilindən is-
tifadə edirlər. Məsələn, Litvadakılar litva, Ukraynadakılar uk-
rayn, Polşadakılar isə polyak ədəbi dilində yazıb-yaradırlar.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə