2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə79/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   75   76   77   78   79   80   81   82   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

“Manas” dastanı özünün məzmun və bədii keyfiyyətləri 
ilə dünya folklorunda xüsusi olaraq fərqlənir.
Yazılı ədəbiyyatları da uzun illərin təcrübəsində mey-
dana gəlmişdir. Yenisey çayının yuxarı hissəsində olan ru-
nik hərfli abidələrin bir çoxunun qırğızlardan qalma oldu-
ğu göstərilir
2
.
Qırğızların yazıları 1928-ci ilə qədər ərəb əlifbası əsa-
sında olmuşdur. 1928-ci ildən 1940-cı ilə kimi latın əlifba-
sından istifadə edilmiş, 1940-cı ildən sonra Kirill qrafikası-
na keçilmişdir.
1
Б.М.Юнусалиев. Киргизский язык. Языки народов СССР, т. II. Тюркские языки. M., 
1966, c. 482.
2
Bax: prof. Tələt Tekinin göstərilən əsəri.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
139
5. NOQAY DİLİ
Noqay xalqı qıpçaq və oğuz qəbilələrinin birləşmə-
sindən əmələ gəlmişdir. Hazırda noqaylar dağınıq halda 
Rusiyanın Stavropol diyarında, Qaraçay-Çərkəz Muxtar 
Vilayətində, Krasnodar diyarında, Həştərxan vilayətində 
və Dağıstan Muxtar Respublikasında yaşayırlar.
Noqay dili öz xüsusiyyətlərinə görə qaraqalpaq və 
qazax dillərinə daha yaxındır. Bu yaxınlığı görmək üçün 
aşağıdakı nümunələrə nəzər salaq:
Noqay dilində
Qazax dilində
aqın 
aqın
aral 
aral
arka 
arka
denciz
denqiz
yol 
jol
sırt 
sırt və s.
Bu coğrafi terminlər, göründüyü kimi, hər iki dildə 
eyni mənada işlənilir. Belə ümumilik qazax, qaraqalpaq və 
noqay dillərinin genetik eyniliyindəndir.
Noqay dili öz inkişafı tarixində ümumtürk leksemlə-
rini, xüsusilə feillərini eynilə saxlaya bilmişdir. Xalq ədə-
biyyatından götürülmüş parçaya nəzər yetirək:
Kazanınc saf oramın otkende,
Saraidınc karsı aldına kelqende,
Astındaqı Karaqeri surrnikti.
(Kazanın təmiz küçələrindən ötəndə,
Sarayın qarşısı bərabərinə gələndə,
Altındakı Karaqer səldirədi).
Burada “ötəndə”, “gələndə” və “səldirədi” feilləri öz 
qədim formasında işlənilmişdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
140
Noqay danışıq dilinin üç dialekti vardır:
1) Xüsusi noqay dialekti;
2) Qara-noqay dialekti;
3) Ağ-noqay dialekti.
Bu dialektlər bir-birindən çox fərqlənmir. Bunlar ara-
sındakı fərqlər daha çox şivə xarakteri daşıyır.
Noqay ədəbi dili XX əsrin 30-cu illərində formalaş-
mışdır. Bu illərdən başlayaraq noqay xalqının tarixində 
baş verən ictimai-siyasi məsələlər və mədəni əlaqələr nəti-
cəsində xüsusi inkişaf imkanları yaranmışdır. Əlverişli şə-
raitin meydana gəlməsi noqay dilinin inkişafında mühüm 
amilə çevrilmişdir.
XX əsrin II yarısında daha geniş inkişaf etmiş noqay ədə-
bi dilində külli miqdarda bədii, elmi əsərlər, qəzet və jurnallar 
dərc olunmağa başlanmışdır. İndi bu dil noqay xalqının mə-
dəni tələblərini yüksək səviyyədə ödəmək qüdrətinə qadirdir.
Noqaylar yazı sistemində əvvəlcə ərəb, sonra latın 
qrafikasından istifadə etmişlər. 1938-ci ildən isə Kirill qra-
fikası əsasında yaratdıqları əlifbanı işlətməkdədirlər.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə