2. ÜMumi DİLÇİLİk II indd


TÜRK DİLLƏRİNİN QIPÇAQ YARIMQRUPU



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə75/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   71   72   73   74   75   76   77   78   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

2. TÜRK DİLLƏRİNİN QIPÇAQ YARIMQRUPU
Qıpçaq dilləri yarımqrupu bir çox qıpçaq qəbilələri 
arasında əmələ gəlmişdir. Bu qəbilələr, əsasən, Qərbi Asi-
1
П.Азымов, Дж.Амансарыев, К.Сарыев. Туркменский язык, Тюркские языки, Москва, 
1966, с. 92-93.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
133
yada və Şərqi Avropada sakinləşmişdilər. Qıpçaq dilləri 
formalaşarkən qıpçaqlardan əlavə bir sıra digər türkdilli 
qəbilələrlə də assimilyasiya prosesinə gedilmişdir.
Bu dildə başqa qəbilələrin linqvistik izləri indi də qal-
maqdadır.
Qıpçaq dilləri yarımqrupuna daxildir: qədim dillər – 
polovets, yaxud kuman, müasir dillər – Altay, qaraqalpaq, 
qazax, qırğız  noqay dilləri.
Qıpçaq dilləri yarımqrupuna aid olan dillərdə danı-
şanlar bir-birini başqasına nisbətən asan anlaya bilirlər.
Bu dillərdən, xüsusilə qazax-qırğız-qaraqalpaq dilləri 
bir-birinə daha yaxındır.
Qıpçaq mənşəli xalqların milli inkişaf tarixləri müxtə-
lif formada olmuşdur. Bunların hər birinin özünəməxsus 
tarixi, mədəniyyəti, etnoqrafiyası və başqa nailiyyətləri 
vardır. Belə müxtəlif şəkilliliyin xüsusiyyətləri onların dil-
lərində də öz əksini tapmışdır.
1. ALTAY DİLİ
Altay dili Altay diyarının Dağlıq Altay Muxtar 
Vilayətində yaşayan əhalinin dilidir. Bu dil 1947-сi ilə 
kimi “oyrot dil” adlanmışdır. Altay xalqı bir sıra qə-
bilə və tayfa ittifaqlarının birləşməsi əsasında əmələ 
gəlmişdir.
Altay xalqının dili bir sıra qonşu dillərlə birlikdə inki-
şaf yolu keçmişdir. Bu dil qırğız dili ilə daha yaxın olmuş 
və ona görə də qədim qırğız dilinin bir sıra əlamətləri bu 
dildə qalmaqdadır.
Altay dilinin inkişafı prosesində onun ədəbi və danı-
şıq qolları yaranmışdır. Bu dilin danışıq qolunda – danı-
şıq dilində bir çox dialekt və şivə vardır. Həmin dialekt-
lər iki böyük qrupa – cənub və şimal dialektləri qrupuna 
bölünür.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
134

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə