2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə73/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   69   70   71   72   73   74   75   76   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

3. TÜRK DİLİ
Türk dili türk millətinin rəsmi dilidir. Türklər oğuz və 
qıpçaq qəbilələrinin birləşməsindən yaranmışlar. Bunlar 
X–XI əsrlərdə Orta Asiyadan qalxıb, əsasən, Azərbaycanı 
keçərək Kiçik Asiya yarımadasına getmişlər.
Türklər hazırda, əsasən, Kiçik Asiyada – Türkiyə ya-
rımadasında məskunlaşmışlar. Onlar Türkiyədən başqa 
Azərbaycanda, Rusiyada, İraqda, Suriyada, Bolqarıstanda, 
Yuqoslaviyada, Kiprdə, Fransada, Rumıniyada, Almaniya-
da, Afrikada və Avstraliyada da yaşayırlar.
Türk dili oğuz yarımqrupunda olan dillərdən Azər-
baycan və qaqauz dillərinə daha çox yaxındır.
Türk xalqı və onun dili 1924-cü ilə qədər “Osmanlı 
xalqı” və “Osmanlı dili” kimi adlanmışdır. Bu dil ayrı-ay-
rı dövrlərdə türk millətinin ünsiyyət tələblərini ödəyərək, 
get-gedə təkmilləşib inkişaf etmişdir. Mütəxəssislər bu di-
lin inkişafını üç dövrə bölürlər:
1. Qədim osmanlıca (1250–1450);
2. Orta osmanlıca (1450–1840);
3. Yeni osmanlıca (1840–1910).
XX əsrin əvvəllərindən bu yana olan zaman isə “yeni 
türkcə” adlandırılır. Bu illərdə türk ədəbi dili danışıq di-
linə daha çox yaxınlaşmış, elm dili, ədəbiyyat dili, mədəni 
dil kimi get-gedə formalaşmış və cilalanmışdır
1
.
Hazırkı türk danışıq dilinin bir neçə dialekti (ağızı) vardır:
1. Ankara
6. İstanbul
2. Aydın
7. Kastamonu
3. Dəliorman 
8. Qara dəniz
4. Ərzurum 
9. Qaraman
5. Harput
10. Makedoniya.
1
Tahsin Banguoğlu. Türkçenin Grameri. Ankara, 1986.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
129
Müasir türk ədəbi dilinin əsasını Ankara və İstanbul 
dialektləri təşkil edir. Bu dilin ədəbi normaları 1919–1923-cü 
illərdən daha da dəqiqləşdirilməyə başlanılmışdır.
İndiki türk dilini digər dillərlə oğuz yarımqrupunda bir-
ləşdirən fonetik, leksik və qrammatik əlamətləri az deyildir. 
Bununla birlikdə onun özünəməxsus xüsusiyyətləri də çoxdur.
Azərbaycan dili müqayisə üçün etalon götürüldükdə 
türk dilinin bir sıra başlıca fonetik xüsusiyyətləri özünü 
göstərir:
Saitlərə aid:
1. “Ə” saiti işlənmir. Bunun əvəzinə, əsasən “e” və “a” 
saitlərindən istifadə olunur: zəlzələ>zelzele, bölgə>bölge, 
abidə>abide, cənnət>cennet, dəvə>deve, bəla>bela, zümrə> 
zümre, fələk>felek, hərf>harf, fən>fenn, əlifba>elifba, zirvə> 
zirve, gövdə>gövde, kölgə>kölge, fıkrən>fıkren, fəlsəfi> 
felsefi; Əhməd>Ahmet, zəhmət>zahmet, hətta>hatta və s.
2. <Ö>, , , <ı> dəyişmələri:
zövq – zevk, aqibət – akıbet və s.
Samitlərə aid;
1. “X” samiti işlənmir. Bunun əvəzinə, əsasən, ”h” və 
“k” fonemindən istifadə edilir:
axşam>akşam, xoş>hoş, xəyal>hayal, xəstə>hasta, 
xəta> hata, xətirli>hatırlı, axarlı>akarlı, xəzinə>hazine, 
xoşca> hoşça, xeyirli>hayırlı; yaxa>yaka, yoxsul> 
yoksul, yaxalama>yakalama, yaxın>yakın və s.
2. “Q” əvəzinə daha çox “k” işlənilir: qara>kara, 
qar>kar, quran>kuran, qulaq>kulak, qol>kol, qan>kan, 
quş>kuş, qız>kız, qadın>kadın, qardaş>kardeş, 
qumaş>kumaş və s.
3. “Y” samiti bəzi sözlərin əvvəlinə artırılır: üz>yüz, 
ulduz>yıldız, üzləmək>yüzləmək, igid>yiğit, itirmək> 
yitirmek, üzmək>yüzmek, üzlü>yüzlü, üzülmək> 
yüzülmek və s.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
130
4. ”Ğ” foneminin ”k” səsinə keçməsi: ağ>ak, ağsu>aksu, 
ağıl>akıl və s.
5. “M” səsinin “b” fonemi ilə əvəz olunması: mən>ben, 
kimi>gibi və s.
Türk ədəbi dilinin lüğət tərkibi müasir zəngin dillər sə-
viyyəsindədir. Burada həm xalis türk mənşəli sözlər, həm 
də müəyyən miqdar alınmalar vardır. Təbii olaraq bu dildə 
işlənən bir qrup söz və ifadə ancaq türk dilinə məxsusdur. 
Məsələn, çabuk (tez, cəld), yosma (gözəl, şən, çox zövqlə ge-
yinən, cəlbedici qadın), əvət (bəli), şaka (zarafat) və s.
Hazırda türk ədəbi dili üçün ən başlıca leksik-seman-
tik cəhətlərdən biri lüğət tərkibinin milli neologizmlərlə 
zənginləşməsidir. Bu dildə son zamanlar daxili imkanla-
ra əsaslanıb yeni söz və ifadə yaratmaq geniş yayılmışdır. 
Məsələn, uçaq (təyyarə), seslik (fonem), bitişimli dillər 
(aqqlütinativ dillər), bükünlü dillər (flektiv dillər) və s.
Türk dili qədim yazı ənənəsinə malikdir. Türklər 
1928-ci ilə kimi ərəb qrafikasından istifadə etmiş, 1928-ci 
ildən latın sistemli yazıya keçmişlər.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə