III. Qıpçaq qrupu:
1) Qıpçaq-polovets yarımqrupu – qədim dil: qıpçaq di li; müa-
sir dillər: karaim, qumuq, qaraçay-balkar, Krım-tatar dili.
2) Qıpçaq-bulqar yarımqrupu – qədim dil: qızıl orda;
müasir dillər: tatar, başqırd dili.
3) Qıpçaq-noqay yarımqurpu – müasir dillər: noqay, qa-
raqalpaq, qazax, özbək dilinin qıpçaq dialektləri.
IV. Karluq qrupu:
1) Karluq-uyğur yarımqrupu – qədim dil: uyğur dili.
2) Karluq xarəzm yarımqrupu – qədim dillər: karluq
xarəzm, qızılorda, çağatay, qədim özbək dili; müasir
dillər: özbək, yeni uyğur dili.
İkinci (B) budaq iki qrupdan ibarətdir.
I. Uyğur-oğuz qrupu:
1) Uyğur-tukyuy yarımqrupu – qədim dillər: qədim oğuz,
qədim uyğur dili; müasir dillər: tuva, tofalar dili.
2) Yakut yarımqrupu – müasir dil: yakut dili.
3) Xakas yarımqrupu – müasir dillər: xakas, şor, çu-
lım-tatar dili, kamasin, Altay dilinin şimal dialektləri,
sarı uyğur dili.
II. Qırğız-qıpçaq qrupu – qədim dil: qədim qırğız
dili, müasir dillər: qırğız və Altay dili.
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
119
N.A.Baskakovun bölgüsündə müəyyən dilin dialekti-
nin müstəqil dillər sırasında verilməsi qüsurlardan biridir.
N.A.Baskakov türk dillərinin təsnifini verərkən hər budağın
və ona aid olan qrup və yarımqrupların təsvirini verir. Bun-
dan əlavə, türk dillərinin genealoji təsnifinə dair sxem də tər-
tib etmişdir. Bunları tutuşdurduqda bəzi fərqlər özünü göstə-
rir. Belə fərqlər, şübhəsiz ki, tərəddüd və çaşqınlıq yaradır
1
.
İ.BENTSİNQ (1959). XX əsrin II yarısında diqqə-
ti çəkən təsniflərdən biri İ.Bentsinq tərəfindən irəli sü-
rülmüşdür
2
. O, coğrafi və qismən də tarixilik prinsipinə
əsasən türk dillərini beş qrupa bölmüşdür:
1. Bulqar qrupu – qədim dil: bulqar; müasir dil: çuvaş dili.
2. Cənub, yaxud oğuz qrupu – müasir dillər: osmanlı dili
və onun dialektləri (Anadolu, Krım, Rumeli, Makedo-
niya... və qaqauz dialekti); Azərbaycan dili və onun di-
alektləri (Cənubi Azərbaycanda yaşayanların dialekti,
kaşğar dialekti və s.); türkmən dili və onun dialektləri
(İran türkmən dialekti, truxmen dialekti və s.).
3. Qərb, yaxud qıpçaq qrupu – bu qrup üç yarımqrupa
bölünür:
1) Qara dəniz – Xəzər yarımqrupu – dillər: karaim, qa-
raçay-balkar, qumuq.
2) Ural yarımqrupu – dillər: tatar, başqırd.
3) Aral-Xəzər yarımqrupu – dillər: noqay, qazax, qa-
raqalpaq və qırğız dili.
Qıpçaq və komand dilləri qədim dil kimi bu qrupa aid
edilir.
4. Şərq, yaxud uyğur qrupu – dillər: özbək və yeni uyğur dili.
Qədim uyğur, qaraxanlı, Cağatay, Xarəzm dilləri bu
qrupun qədim dilləri hesab olunur.
1
Bax: Н.А.Баскаков. Göstərilən əsəri, səh. 230-349 və 350-354.
2
Bax: Philologiae Turcicae Fundamenta. I. Wiesbaden, 1959.
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
120
5. Şimal qrupu – bu qrup iki yarımqrupa bölünür:
1) Aral-sayan yarımqrupu – dillər: Altay (oyrot), xa-
kas, şor, tuva, qaraqas.
2) Şimali Sibir yarımqrupu – dillər: yakut, dolqan dili.
Qədim oğuz dili də buraya aid edilir (Orxon abidələrinin dili).
Bu bölgü türkoloqlar tərəfindən geniş təhlil olunmuş
və ciddi tənqid edilmişdir
1
. Çünki dillərin genealoji qrup-
laşdırılmasında qeyri-dəqiqliyə yol verilmişdir.
Dostları ilə paylaş: |