2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə65/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   61   62   63   64   65   66   67   68   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

V.V.RADLOV (1882). Radlov türk dillərini 1882-ci ildə 
təsnif edərkən başlıca olaraq coğrafi prinsipə əsaslanmış və 
yayıldığı yerləri nəzərə alaraq onları 4 qrupa bölmüşdür:
1. Şərqi türk dilləri qrupu – uyğur, karaim, Altay, tuba, 
tuva, qaraqaş, qızıl, keybol, tolos, çulum, teleut, beltir, 
baraba, küyerik dili.
2. Qərbi türk dilləri qrupu – başqırd, qırğız, noqay, qa-
raqalpaq, Volqaboyu tatarlarının dili.
3. Orta Asiya türk dilləri qrupu – aksu, kaşğar, sart, ta-
rançı, kokani və s. dillər.
4. Cənub türk dilləri qrupu – Azərbaycan, türk, türkmən, 
qaqauz, qumuq, qaraçay, balkar, Krım tatarlarının dili.
Bu bölgü türkoloji dilçilikdə xüsusi əhəmiyyət kəsb 
etmişdir. Lakin bununla bərabər çatışmayan cəhətləri də 
vardır. Burada qədim türk dilləri nəzərə alınmamış və 
müasir yakut və çuvaş dilləri də bölgüdə göstərilməmiş-
dir. Buna görə də Radlovun təsnifi tam hesab edilmir. XIX 
əsrin sonunda görkəmli altayşünas Vilhelm Şott da türk 
dillərinin təsnifinə dair maraqlı bir sxem irəli sürmüşdür
2
.
4. XX ƏSRDƏ FORMALAŞAN TƏSNİFLƏR
Türk dillərinin təsnifi problemi ilə XX əsrdə daha çox 
məşğul olunmuşdur. Təxminən 30-a qədər alim-türkoloq 
türksistemli dillərin təsnifinə dair ya birbaşa, ya da dola-
yısı ilə fikir söyləmiş, mülahizə və təkliflər irəli sürmüşlər. 

Bax: F.Zeynalov. Türkologiyanın əsasları, Bakı, 1981, səh. 59.

Bax: F.Zeynalov. Türkologiyanın əsasları. Bakı, 1981, səh. 63.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
114
Bunlardan F.E.Korş (1910), Q.Ramstedt (1917), A.N.Sa-
moyloviç (1922), Arat Rəhməti (1929), Vilhelm Şmidt 
(1932), V.A.Boqoroditski (1934), K.Qronberq (1936), L.Li-
geti (1941), S.Y.Malov (1951), N.A.Baskakov (1952), İ.Bent-
sinq (1959), Q.Menqesin (1959), G.Dörfer (1970), Təhsin 
Banquoğlu (1974), Tələt Təkin (1976) və F.Zeynalovun 
(1981) təsnifləri xüsusi olaraq fərqlənir.
XX əsrdə türk dillərinin qruplaşdırılmasına dair forma-
laşan təsniflərdə coğrafi prinsiplə yanaşı, tarixiliyə də geniş 
yer verilmişdir. Bu əlamət xüsusilə XX əsrin II rübündən 
başlayaraq formalaşan bölgülərdə özünü aydın göstərir.
Xronoloji ardıcıllıqla XX əsrdə irəli sürülmüş bölgülə-
rin bəzisini nəzərdən keçirək.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə