2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə67/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   63   64   65   66   67   68   69   70   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

V.A.BOQORODİTSKİ (1934). Bu təsnif, əsasən, coğrafi 
prinsip üzərində aparılmışdır
2
. V.A.Boqoroditski türk dilləri-
ni xalqların yerləşdiyi əraziyə görə yeddi qrupa bölmüşdür:
1
А.Н.Самойлович. Некоторые дополнения к классификации турецких языков. Петер-
бург, 1922.
2
В.А.Богородитский. Введение в языкознание в связи с другими.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
116
1. Şimal-şərq qrupu – yakut, tuva və qarakas dili;
2. Xakas (Abakan) qrupu – xakas dili;
3. Altay qrupu – Altay dili və dialektləri;
4. Qərbi Sibir qrupu – tümen, barabin, çulum, tobol və 
başqa tatarların dili;
5. Volqa və Uralboyu qrupu – başqırd, tatar dili.
6. Orta Asiya dilləri qrupu – qazax, qırğız, uyğur, özbək, 
qaraqalpaq dili.
7. Cənub-qərb dilləri qrupu – Azərbaycan, türk və türk-
mən dili.
V.A.Boqoroditskinin təsnifi türk dillərinin obyektiv böl-
güsü ola bilməmişdir. Bunun prinsipləri də qatışıq şəkildədir.
S.Y.MALOV (1951). S.Malov 1951-ci ildə tarixi-xro-
noloji prinsip əsasında bütün türksistemli dillərin təsnifini 
vermişdir
1
. Malov tarixi-xronoloji prinsipə əsaslanarkən 
ayrı-ayrı türk dillərinin müstəqil bir dil kimi formalaşdığı 
dövrü nəzərə almışdır. Onun fikrincə, türk dilləri müxtə-
lif dövrlərdə tez və ya gec formalaşarkən onların fone-
tik cəhətlərində başlıca fərqlər meydana gələ bilir və bu 
əlamətlər həmin dillərin qruplaşdırılmasında əsas meyar 
olmalıdır.
S.Malov deyilən cəhətlərə əsaslanaraq türk dillərini 
dörd qrupa bölmüşdür:
1. Ən qədim türk dilləri – bulqar, uyğur (sarı uyğur), çu-
vaş, yakut dili.
2. Qədim türk dilləri – oğuz (runi yazılı abidələrin dili), 
tofalar, tuva, uyğur (qədim uyğur yazılı abidələrinin 
dili), xakas və şor dili.
3. Yeni türk dilləri – Azərbaycan, qaqauz, kumandin, qıp-
çaq, peçenek, polovets, solar, türk, türkmən, uyğur (Çin-
dəki müsəlmanların dili), özbək, cağatay və çulım dili.
1
С.Е.Малов. Памятники древнетюркской писменности. M.-Л., 1951.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
117
4. Ən yeni türk dilləri – başqırd, qazax, qaraqalpaq, qır-
ğız, qumuq, noqay, oyrot (Dağlıq Altay), tatar (Kazan, 
Mişar, Qərbi Sibir), çuvaş, yakut dili.
Bu bölgüdə, göründüyü kimi, Azərbaycan dili üçüncü 
qrupa, yəni yeni türk dillərinə aid edilir.
S.Y.Malovun bölgüsündə bəzi dolaşıqlıq müşahidə 
edilir. Belə ki, abidələrin dili müstəqil dil kimi göstərilir. 
Bundan başqa, çuvaş və yakut dilləri həm qədim türk dil-
ləri, həm də ən yeni türk dilləri kimi verilir və s.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə