Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
121
Göründüyü kimi, müəllif Şərq türkcəsi və Qərb türk-
cəsi adlandırdığı dillərdə bir sıra müstəqil türksistemli dil-
ləri nəzərdə tutur. Əslində, dillərin bu şəkildə təsnifi bəzi
müstəqil dillərin varlığına kölgə salır.
FƏRHAD ZEYNALOV (1981). F.Zeynalov, özünün
qeyd
etdiyi kimi, “türk dillərinin keçdiyi inkişaf mər-
hələlərini, tayfa və tayfa birliklərinin uzun illərdən bəri qa-
zandıqları
ümumi fonetik, leksik-qrammatik əlamətləri”
1
nəzərə alaraq onları 7 yerə bölmüşdür:
1. Oğuz qrupu – Azərbaycan, türk, türkmən, qaqauz və
Krım tatar dilləri.
2. Bulqar qrupu – tatar, başqırd, qumuq, qaraçay-balkar,
karaim dilləri.
3. Qıpçaq qrupu – qazax, qaraqalpaq, qırğız, Altay, no-
qay dilləri.
4. Karluq-uyğur qrupu – özbək, yeni uyğur, sarı uyğur,
salar dilləri.
5.
Uyğur-oğuz qrupu-tuva, karaqas, xakas, kamasin,
şor, tobol, kuyerik, barabin dilləri.
6. Çuvaş dili.
7. Yakut dili.
F.Zeynalovun bölgüsü yuxarıda göstərilən təsniflərin
bir çoxundan öz dəqiqliyi, obyektivliyi ilə seçilir.
Bu bölgüdə dillərin qohumluq
dərəcəsinə daha çox
üstünlük verilmişdir.
Nəhayət, qeyd etməliyik ki,
türk dillərinin genealo-
ji təsnifi problemi hələ qəti şəkildə öz həllini tapmamış-
dır
2
. Bu sahədəki müxtəlifliyə son qoymaq, əksəriyyətinin
1
F.Zeynalov. Türkologiyanın əsasları. Bakı, 1981, səh. 69.
2
Türk dillərinə dair genealoji təsniflərin geniş təhlili N.A.Baskakovun və F.Zeynalovun
yuxarıda adları çəkilən əsərlərində verilmişdir. Daha ətraflı məlumat üçün həmin mənbələrə
müraciət etmək faydalı ola bilər.
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
122
ümumməqbul hesab edə biləcəyi bölgü yaratmaq müasir
türkoloji dilçiliyin ən başlıca vəzifələrindəndir.
Dostları ilə paylaş: