Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
127
Qaqauz dilinin dialektləri fonetik, leksik və qramma-
tik cəhətdən bir-birindən xeyli fərqlənir.
Çadurlunq-Komrat dialekti
qaqauz dilinin əsas dia-
lektidir, ona görə də qaqauz ədəbi dili bu dialekt əsasında
formalaşmışdır.
Müasir qaqauz ədəbi dilinin özünə aid bir sıra səciy-
yəvi xüsusiyyətləri mövcuddur. Məsələn, fonetik cəhətə
nəzər yetirək:
1) Qaqauz dilindəki 9 saitin hər biri iki formadadır:
a) normal sait -a, b) uzun sait -aa.
At – aat
Az – aaz
Arı – aarı
Ara – aara və s.
2) Bəzi səslər (ğ, v, q) söz tərkibindən düşür və saitlər
qoşalaşıb, uzun tələffüz olunur:
Dovşan – dovşan – dooşan
Doğru – doğru – dooru
Sığır – sığır – sıır və s.
Qaqauz dilinin lüğət tərkibində
səciyyəvi əlamətlər
vardır. Belə ki, bəzi sözlər bu dildə işlənərək başqa dildən
çox seçilir. Məsələn, çavdırıq – dəli, balaban – hündür,
şaka – zarafat
1
və s.
Qaqauz xalqının XX əsrin II yarısına qədər rəsmi ya-
zısı olmamışdır. Ayrı-ayrı illərdə rumın və rus əlifbası ilə
bəzi dini kitablar çap olunmuşdur. Lakin bu əsərlər yayıl-
mamış və geniş kütlənin malı ola bilməmişdir.
Qaqauzlar ancaq 1957-ci ildə xüsusi milli əlifba yaratmaq
imkanı əldə etmiş və buna nail olmuşlar. Qaqauz əlifbası Kiri-
li qrafikası əsasında yaradılmışdır. 1996-cı ildə türk əlifbasına
əsasən hazırlanan latın qrafikalı əlifba hələ də işlədilməkdədir.
1
F.Zeynalov. Türkologiyanın əsasları. Bakı, 1981, səh. 158.
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
128
Dostları ilə paylaş: