4. TÜRKMƏN DİLİ
Türkmən xalqı oğuz qəbilələrindən əmələ gəlmişdir.
Türkmənlərin doğma yurdu – başlıca yaşayış yeri Xəzər
dənizinin cənub-şərqində yerləşən və Türkmənistan adla-
nan sahədir. Bundan başqa türkmənlər dünyanın bir çox
ölkəsində, o cümlədən Rusiyada, Əfqanıstanda, Çində,
İranda, Türkiyədə, Suriyada da yaşayırlar. İlk dəfə “türk-
mən” adına Mahmud Qaşqarlının lüğətində rast gəlinir.
Daha sonra XIV–XV əsrlərdə ərəb mənbələrində tez-tez iş-
ləndiyini görmək olur. Lakin indiyə kimi bu adın mənası
aydınlaşdırılmamışdır. Bəzi mülahizələrə görə, “türkmən”
sözünün sonundakı “mən” ünsürü, “türk mənəm”, “mən
türkəm” mənasını bildirir.
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
131
Türkmən dili oğuz yarımqrupunu təşkil edən dillərin ən
qədimi hesab olunur. Uzun tarixə malik olan bu dilin forma-
laşması və inkişafında bir sıra türksistemli dillərin təsiri ol-
muşdur. Xüsusilə X–XI əsrlərdə Qaraxanlı ədəbi dili, XII–XV
əsrlərdə qıpçaq qrupu dilləri bu dilin zənginləşməsində xüsusi
rol oynamışdır. XV–XVII əsrlərdə isə qədim özbək dili qədim
türkmən dilinin formalaşmasına güclü təkan vermişdir.
Türkmən dilinin inkişafı tarixində iki dövr bir-birin-
dən fərqlənir. Qədim türkmən dili, müasir türkmən dili.
XVIII əsrdə türkmən ədəbi dili təşəkkül tapmış və
onun bir sıra normaları tədricən qaydaya düşmüşdür. Bu
dövrdə bədii dil nümunələri yaranmış və ədəbi dilin inki-
şafına yardım göstərmişdir. Məşhur Mahtumqulu öz əsər-
ləri ilə türkmən ədəbi dilini reallaşdıra bilmişdir.
Müasir türkmən danışıq dilində bir çox dialekt və şivə
vardır. Xüsusiyyətlərinə görə onları iki qrupa bölürlər.
Birinci qrupa – teke, yomud, sarık, salır, qoklen, ərsarı
və s. dialektlər daxildir.
İkinci qrupa – arabaçı, bayat, çandır, çeqes, əski, xatan,
kıraç, mukrı, noxur, surxı və s. dialektlər aid edilir.
Türkmən dilinin bir dialekti – türühmən
1
dialekti
barədə ayrıca bəhs olunmağa ehtiyac vardır. Bu dialekti
bəzi alimlər, o cümlədən türk tədqiqatçısı Tələt Tekin dia-
lekt kimi şərh edir. Türkoloq N.A.Baskakov bu dialektdən
bəhs edərkən onu müstəqil dil kimi aydınlaşdırır və həm
də truxmen adlanan dili türkmən dilinin dialekti hesab
edir. Əslində turuhmənlər XVI əsrdə Türkmənistandan Şi-
mali Qafqazın Stavropol bölgəsinə köçmüş, əsasən, ikdir
və başqa türkmən qəbilələrinin qalıqlarıdır.
Hazırkı türkmən ədəbi dilinin əsasında başlıca olaraq,
teke, sarık, yomud, qöklen dialektləri durur.
1
Bu türk toplusunun adı ədəbiyyatlarda müxtəlif şəkildə göstərilir: truxmen, truhmen, türükmən.
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
132
Müasir türkmən ədəbi dili oğuz dilləri üçün ümumi olan
cəhətlərlə yanaşı, bir sıra fərqli xüsusiyyətlərə də malikdir.
Türkmən dilinin bəzi fonetik xüsusiyyətləri aşağıdakı
kimidir:
1. Sait fonemlər qısa və uzun formadadır. Uzun saitlər
fonem xarakterli olub, sözün mənasını dəyişir.
At – at (heyvan) – a:t (ad),
Ot – ot (bitki) – o:t (ocaq),
Bil – bil (bilmək) – bi:l (bel),
İt – it (köpək) – i:t (sürümək),
Daş – daş (daş) – da:ş (uzaq) və s.
2. , <ı>, , <ə>, , <ö> fonemləri qədim ənənəni
saxlayaraq bir çox sözdə uzun tələffüz olunur:
a:z (az), i:z (iz), bu:z (buz), be:ş (beş), di:ş (diş), kö:ne
(köhnə) və s.
1
3. Türkmən dilində “s” və “z” samitləri normal haldan
fərqli deyilişə malikdir: sap, sarı, setir, sep, siz, yüz, tiz, söz, buz
və s. Bu səslərin deyilişini türk alimi “pəltək tələffüz” adlandırır.
Türkmən dilinin tələffüzü çox sürətlidir. Belə bir cəhət
yadlar tərəfindən onun anlaşılmasını çox-çox ağırlaşdırır.
Türkmən yazı sistemində 1928-ci ilə kimi ərəb qrafi-
kasından, 1928-ci ildən 1939-cu ilə kimi latın əlifbasından
istifadə olunmuş və ondan sonra Kirili qrafikası əsasında
yaradılmış əlifbaya keçilmişdir. 1993-cü ildə Türkmənistan
parlamenti 1996-cı ildən etibarən latın qrafikalı əlifbaya ke-
çilməsi barədə qərar qəbul etmişdir.
Dostları ilə paylaş: |