2. ÜMumi DİLÇİLİk II indd


I. CƏNUB DİALEKTİ II. ŞİMAL DİALEKTİ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə76/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   72   73   74   75   76   77   78   79   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

I. CƏNUB DİALEKTİ II. ŞİMAL DİALEKTİ
1. Altay dialekti
1. Tuba dialekti
2. Teleut dialekti
2. Kumandin dialekti
3. Telenqit dialekti 
3. Çalkan dialekti
Altay dilinin dialektləri bir-birindən fonetik, leksik və 
qrammatik cəhətdən əsaslı şəkildə seçilir.
Fonetik xüsusiyyətləri. Bu dialekt qruplarının səs fərqlə-
ri geniş şəkildə özünü göstərir.
CƏNUB
 
ŞİMAL
DİALEKTLƏRİNDƏ 
DİALEKTLƏRİNDƏ
o – ol 
ul
qurd – börü 
mürö
bərk- bk
çil
il – dıl 
pik
üz – daak
naak
çəpər – çdn 
şdn
bıçaq – pıçaq 
pıjak və s.
Leksik xüsusiyyətləri. Bir çox anlayışlar cənub və şimal 
dialektlərində ayrı-ayrı fərqli sözlərlə ifadə edilir. Məsələn:
CƏNUB
 
ŞİMAL
DİALEKTLƏRİNDƏ 
DİALEKTLƏRİNDƏ
burun – tumçuk
tanak
kürək – kiırek
kusak
köynək – çamça
künek və s.
1
XX əsrin I yarısında Altay ədəbi dili cənub qrupu dia-
lektləri əsasında formalaşmışdır. Bu dildə bir sıra elmi əsər 
və s. yaradılmışdır.
1
N.A.Baskakovun göstərilən əsəri.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
135
Altaylar 1923-cü ildə Kirill qrafikası əsasında əlifba 
tərtib etmiş və 1928-ci ilə kimi onu işlətmişlər. 1928-ci il-
dən latın sistemli yazıya keçmişlər. 1938-ci ildən isə yenə 
də Kirill qrafikalı əlifbaya qayıtmışlar.
2. QARAQALPAQ DİLİ
Qaraqalpaq xalqı qıpçaq qəbilələrinin nəslidir. Bunların 
vətəni Özbəkistanda yerləşən Qaraqalpaq Muxtar Respub-
likasıdır. Qaraqalpaqlar Rusiyada (Həştərxan vilayətində), 
Türkmənistanda, Qazaxıstanda, Əfqanıstanda da yaşayırlar.
Qaraqalpaq xalqı XVI əsrdə formalaşmışdır. Xalqın 
xüsusi adı olan “qaraqalpaq” sözündəki “qalpaq” ünsürü 
bəzi türk dillərində “papaq” deməkdir.
Qaraqalpaq dilinin tarixi qıpçaq-polovets tayfa ittifaq-
larının dili ilə bağlıdır. Bu dil öz inkişafı prosesində ədəbi 
və danışıq qollarını yaratmışdır.
Qaraqalpaq danışıq dilinin iki əsas dialekti vardır:
1. Şimal-şərq dialekti,
2. Cənub-qərb dialekti.
Şimal-şərq dialektinə sərhədlə bağlı qazax dili xüsusi 
təsir etmişdir. Cənub-qərb dialektində isə özbək və türk-
mən dil ünsürləri müşahidə olunur.
Müasir qaraqalpaq ədəbi dilinin əsasını şimal-şərq di-
alekti təşkil edir. Ümumiyyətlə, qaraqalpaq dilinin dialekt-
ləri arasında ciddi fərqlər yoxdur.
Qaraqalpaq ədəbi dilinin bir sıra fonetik, leksik və 
qrammatik əlamətləri mövcuddur. Bu dildə 9 sait vardır 
ki, bunlar Azərbaycan dilindəki saitlərə həm kəmiyyət, 
həm də keyfiyyətcə uyğundur.
Qaraqalpaq dili lüğət tərkibinin özəyi qıpçaq söz və ifa-
dələrindən ibarətdir. Burada ümumtürk mənşəli sözlər çoxdur.
Qaraqalpaq dilinin əlifbası 1928-ci ilədək ərəb, 1940-cı 
ilə qədər latın qrafikası əsasında olmuşdur. 1940-cı ildən 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
136
qaraqalpaq yazı sistemində Kirill qrafikası üzərində yara-
dılmış əlifbadan istifadə olunur. 1994-cü ildə latın qrafikalı 
qaraqalpaq əlifbası qəbul edilmişdir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə