2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə78/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   74   75   76   77   78   79   80   81   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

4. QIRĞIZ DİLİ
Qırğız dili qırğızların milli dilidir. Qırğızlar yeni era-
dan əvvəl məlum olsalar da, bir xalq kimi XV əsrdə forma-
laşmışlar. Keçmişdə bu xalq “burut”, “qaraqırğız” və başqa 
adlarla da adlanmışdır. Qırğızlar Orta Asiyanın ən qədim 
xalqlarındandır. Onlar keçmiş dövrlərdə Altay dağları 
sahələrində yaşamış, sonra, yəni XVIII əsrdən cənuba doğru 
enmiş, indiki məkanda – Qırğızıstanda məskunlaşmışlar.
Hazırda qırğızların əksəriyyəti Qırğızıstan Respub-
likasının sakinləridir. Qırğızlardan Qazaxıstanda, Özbə-
kistanda, Tacikistanda, Çində, Monqolustanda, Əfqanıs-
tanda, Pakistanda, Türkiyədə də yaşayanlar vardır. Qır-
ğız dili öz mənşəyinə görə qazax və Orta Asiya xalqları-
nın dilləri ilə bağlıdır. Qırğız dilinin qədim qırğız qəbilə 
dilləri bünövrəsində təşəkkül tapmasına baxmayaraq
son dövrlərdə qıpçaq dilləri ilə qarşılaşmış, onların güclü 
təsirinə məruz qalmışdır. Buna görə də qırğız dili qıpçaq 
yarım qrupuna aiddir. Qırğız dili linqvistik xüsusiyyətlə-
rinə görə Altay dilinə yaxındır. Lakin bunun özünəməx-
sus əlamətləri daha çoxdur. Qırğız dili uzun inkişaf ta-
rixinə malikdir. Onun inkişafının üç mərhələsi müəyyən-
ləşdirilmişdir:
Birinci mərhələ – qədim qırğız dili (qədimdən IX əsrə qədər);
İkinci mərhələ – orta qırğız dili (X–XV əsrlər);
Üçüncü mərhələ – yeni qırğız dili (XV əsrdən sonrakı zaman).


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
138
Qırğız danışıq dilində bir sıra dialekt və şivə xüsusiyyətlə-
ri özünü göstərməkdədir. Bu dilin başlıca dialektləri bunlardır:
1) şimal dialekti;
2) cənub-şərq dialekti
1
.
Bu dialektlər arasında ciddi fərqlərin olduğu müəy-
yən edilmişdir.
Müasir qırğız ədəbi dilinin əsasını şimal dialekti və 
onun şivələri təşkil edir. Hazırkı qırğız dili XX əsrin I yarı-
sında formalaşaraq əsaslı təkmilləşmə yolu keçmişdir. Bu 
dildə müxtəlif məzmunlu çoxlu miqdarda elmi, bədii ədə-
biyyat, mətbuat materialları və sair çap edilmiş, maraqlı 
ənənə yaranmışdır. İndi qırğız ədəbi dili Qırğızıstan Res-
publikasının dövlət dilidir.
Qırğız ədəbi dili bir çox fonetik, leksik və qrammatik 
xüsusiyyətlərə malikdir. Uzun saitlərin olması və bunların 
məna fərqləndirə bilməsi qırğız dili üçün xarakterikdir. Bu 
dilin lüğət tərkibinin əsasını türk mənşəli sözlər təşkil edir. 
Lakin alınmalara diqqət yetirildikdə burada monqol sözlə-
rinin ərəb və farsa görə çox olduğu müşahidə edilir. Qırğız 
xalqı zəngin şifahi və yazılı ədəbiyyata malikdir. Onların 

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə