2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə68/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   64   65   66   67   68   69   70   71   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

N.A.BASKAKOV (1952). Türk dillərinə dair irəli sü-
rülmüş bütün təsniflərə münasibət bildirərək rus türko-
loqu N.A.Baskakov çox geniş bir bölgü irəli sürə bilmiş-
dir
1
. O, türk dillərinin təsnifini verərkən bu dillərin mənşə-
yinə, inkişaf tarixinə müraciət etmiş, hər bir xalqın tarixi ilə 
dilinin tarixini əlaqəli götürmüş, xalqlar, dillər arasındakı 
münasibətləri izləmiş, hər hansı dilin türksistemli dillər sı-
rasında mövqeyini müəyyənləşdirməyə çalışmış və bu dil-
lərin yad dillərə olan münasibətinə də nəzər yetirmişdir. 
Bunlarla bərabər dillərin ümumi və fərqli fonetik, leksik və 
qrammatik xüsusiyyətləri də nəzərə alınmışdır.
Məlumdur ki, hunlar – qədim türklər dünyanın 
qərbinə və şərqinə yayılmış və geniş inkişaf yolu keç-
mişdir. Bu zaman onların dillərində də fərqlər meydana 
gəlmiş, bir sıra müstəqil türksistemli dillər formalaşmış-
dır. N.A.Bas kakov bu cəhətə xüsusi nəzər yetirərək türk 
dillərinin genealoji təsnifini verərkən onları iki budağa 
bölmüşdür:
A. Türk dillərinin qərbi hun budağı;
B. Türk dillərinin şərqi hun budağı.
Birinci (A) budağa dörd qrup aiddir:
1
Н.А.Баскаков. Классификация тюркских языков в связи с исторической периодизацией 
из развития и формирования. Труды инст. Языкознания АН., т. I, М., 1952. 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
118
I. Bulqar qrupu – qədim dillər: bulqar, xəzər; müasir 
dil: çuvaş dili.
II. Oğuz qrupu:
1) Oğuz-türkmən yarımqrupu qədim dil: oğuz dili; müa-
sir dillər: türkmən və truxmen
2) Oğuz-bulqar yarımqrupu – qədim dillər: uzların dili, 
peçeneq dili; müasir dillər: qaqauz dili, balkan türklə-
rinin dili.
3) Oğuz-səlcuq yarımqrupu – qədim dillər: səlcuq, qə-
dim osmanlı, qədim Azərbaycan (azəri) dili; müasir 
dillər: Azərbaycan, türk, Krım tatar dilinin dialekti.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə