2. ÜMumi DİLÇİLİk II indd


XVIII ƏSRDƏ MEYDANA ÇIXAN MÜLAHİZƏLƏR



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə64/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   60   61   62   63   64   65   66   67   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

2. XVIII ƏSRDƏ MEYDANA ÇIXAN MÜLAHİZƏLƏR
XVIII əsrdə türk dillərinin təsnifi problemi diqqəti xü-
susi olaraq cəlb edirdi. Çünki türkdilli xalqlar dünyanın 
çox yerində mövcud idi. Tabbert Stralenberq Şimali Avro-
pada, Sibirdə, Xəzərin şərqində, Şimali Qafqazda hun-türk 
xalqlarının yaşadığı yerləri Tatarıstan adlandırmış və hə-
min ərazini iki yerə bölmüşdür:
1) Böyük Tatarıstan;
2) Kiçik Tatarıstan.
Tabbert Stralenberq Tatarıstandakı türksistemli dilləri 
8 qrupa bölmüşdür:
1
A.N.Kononov. Göstərilən əsər.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
112
1. Çuvaş dili. 
5. Türkmən dili.
2. Tatar dili. 
6. Qaraqalpaq dili.
3. Başqırd dili 
7. Baraba dili.
4. Yakut dili. 
8. Kan dili.
Bu bölgü problemin gələcəkdə inkişaf etdirilməsi 
üçün müəyyən dərəcədə əhəmiyyətli olsa da, məzmunca 
qüsurludur.
Çünki burada çoxsaylı türksistemli dillərin hamısı 
əhatə olunmamışdır.
3. XIX ƏSRDƏ İRƏLİ SÜRÜLƏN BÖLGÜLƏR
XIX əsrdən bu yana türksistemli dillərin təsnifinə dair 
bir-birindən fərqli olan xeyli bölgü meydana çıxmağa baş-
lamışdır. Bu barədə görkəmli türkoloqlardan İ.N.Berezi-
nin (1848)
1
, N.İ.İlminskinin (1861)
2
, V.V.Radlovun (1882)
3

N.F.Katanovun (1894)
4
, N.A.Aristovun (1869)
5
mülahizə 
və bölgüləri diqqəti daha çox cəlb edir. Bunlardan Berezin 
və Radlovun bölgüsü xüsusi olaraq maraqlıdır.
İ.N.BEREZİN (1848). Berezin türkdilli xalqların dilləri-
ni dialekt adlandıraraq onları üç böyük qrupa bölmüşdür.
Birinci qrupa Cağatay, yaxud Şərqi Türküstan dialekt-
ləri daxil edilmişdir. Buraya aiddir: Cağatay, uyğur, özbək, 
türkmən, kuman və Kazan tatarlarının danışığı.
İkinci qrupa tatar, yaxud cənub (qıpçaq) dialektləri aid 
edilmişdir. Bu qrupa başqırd, qumuq, qırğız, mişar, noqay, 
qaraçay və Sibir tatarlarının danışığı aiddir.
1
I.Beresin Recherches sur les dialectes musulmans. I.Susteme des dialectes turcs. Kazan, 1848.
2
И.И.Ильминский. Вступительное чтение в курс турецко-татарского языка. “Уч. зап. 
Казань. Универ.”, 1864.
3
W.Radloff. Phonetik der nördlichen Turksprachen. Leipzig.1882.
4
Н.В.Катанов. Этнографический обзор турецко-татарских племен. Казань, 1894.
5
Н.А.Аристов. Заметки об этническом составе тюркских племен и народностей и све-
дения об их численности. “Живая старина”, 1896.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
113
Üçüncü qrupa türk, yaxud qərb dialektləri aid edil-
mişdir. Buraya daxildir: Krım, Dağıstan, Azərbaycan, Ki-
çik Asiya və Konstantinopoldakı türklərin danışığı.
Bu bölgü qüsurlu olduğu üçün dərc olunandan sonra 
ciddi tənqid edilmişdir
1
.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə