Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
150
Özbək ədəbi dili qədim yazı ənənəli dildir. Bu dildə
zəngin bədii ədəbiyyat, müxtəlif üslublarda elmi əsərlər
yaradılmışdır. Özbək yazısında 1927-ci ilə qədər ərəb qra-
fikası əsasında yaradılmış əlifbadan, 1927–1939-cu illərdə
latın qrafikalı qrafemlərdən istifadə olunmuşdur. 1939-cu
ildə Kirill qrafikası üzərində qurulmuş əlifba qəbul edil-
mişdir. 1990-cı illərdə Özbəkistanda mərhələli olaraq latın
qrafikalı əlifbaya keçilmişdir.
Dostları ilə paylaş: