158
YAZI MƏSƏLƏSİNİN QOYULUŞUNA DAİR
Müasir insanlar kitab, jurnal, qəzet və sair oxuyarkən,
yaxud da yazı yazarkən hərflərin, işarələrin necə yarandığı-
na, bunların bir-birindən hansı cəhətlərə görə fərqləndiyinə
fikir vermirlər. Həmin hərflərin əlifbaya haradan, necə və nə
vaxt gəlməsi ilə də maraqlanmırlar. Çünki hazırda müəy-
yən fikri yazıb-oxuyarkən heç buna ehtiyac da duyulmur.
Keçmiş nəsillərin – ulu babaların bizə bəxş etdikləri
bu vasitə heç də asanlıqla əldə olunmamışdır.
Bugünkü
münasib yazı texnikasının
meydana gəlməsi prosesində,
şübhəsiz ki, qarşıya bir sıra çətinliklər çıxmış, onun qayda-
ya salınmasında milyonların səyi və əməyi olmuşdur.
İnsanların yazmağı necə öyrənmələrinin tədqiq edil-
məsi
olduqca çətin və mürəkkəb,
mahiyyətinə görə çox
maraqlı və zəruri problemlərdəndir. Bu, hər şeydən əvvəl,
dünya mədəniyyəti tarixi üçün çox faydalıdır.
Elə buna
görədir ki, yazının tarixinin öyrənilməsi uzun illərdən bəri
tədqiqatçıların
diqqət mərkəzində olmuş,
bu məsələ ilə
həm dilçi alimlər, həm də arxeoloqlar, tarixçilər və başqa
ixtisasçılar maraqlanmış, axtarışlar aparmışlar.
Böyük tədqiqatlar nəticəsində yazı tarixinə, paleoqra-
fiya
1
məsələlərinə dair onlarca qiymətli əsər yaranmışdır.
Y.B.Şnitser, V.A.Pravdolyubov, Ç.Loukotka, B.A.Koçergi-
XV FƏSİL
DİL VƏ YAZI
1
Paleoqrafiya iki yunan sözünün (
palaios – qədim və
grapho – yazıram) birləşməsindən əmələ
gəlmişdir.
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
159
na, V.A.İstrin, D.Diringer və başqa yazı tarixçilərinin əsər-
ləri bu sahəyə dair dəyərli tədqiqatlardır.
Hazırda yazı problemlərinə maraq daha da çoxalmış-
dır. İndi tədqiqatçılar yazının ümumi məsələlərinin şərhi
ilə kifayətlənməyib, ayrı-ayrı xalqların yazı tarixinin əsas
problemlərinin araşdırılması ilə də məşğul olmağa başla-
mışlar. Yazı tarixi məsələləri Azərbaycan dilçilik elminin
müasir zəruri problemlərindən birini təşkil edir.
Dostları ilə paylaş: