2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 17. Qobustan qayalarındakı piktoqramlardan



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə103/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   99   100   101   102   103   104   105   106   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 17. Qobustan qayalarındakı piktoqramlardan
Bu şəkil Qobustan yazılı təpəsində qaya üzərində 
həkk olunmuşdur. Burada ov səhnəsinə aid hadisə əks edi-
lir. Ona görə də həmin şəkildəki ünsürlər ilk Azərbaycan 
piktoqramlarıdır. Bunu şəkillərdəki hərflərin forma və is-
tiqaməti, bədən üzvlərinin ayrı-ayrı hissələrinin verilməsi 
və sair aydın göstərir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
180
Azərbaycan ərazisində piktoqram nümunələrinə çox 
təsadüf etmək olur. Təkcə Qobustanda 720 qaya üzərində 4 
mindən artıq təsvir vardır və bu təsvirlərin çoxu piktoqra-
fiyadır. Bundan əlavə, Qazaxda və Gədəbəydə də piktoq-
ramlar tapılmışdır. Bu Azərbaycan piktoqramlarının oxu-
nulması, şübhəsiz, böyük tarixi əhəmiyyət kəsb edə bilər
1
.
Şimali Amerika hindiləri XIX əsrin sonuna kimi şəkli 
yazıdan istifadə etmişlər. Piktoqrafik yazının son variant 
ilk dövrlərdən əsaslı surətdə fərqlənir. Son piktoqramlara 
müəyyən məna ifadə edən ünsürlər, xüsusən xətlər artı-
rılmış, bununla da müəyyən bir fikir daha aydın və geniş 
izah edilmişdir.
1
Əlavə məlumat almaq üçün N.Rzayevin “Möcüzəli qərinələr” (B., 1984) kitabına baxmaq olar.
Şəkil 18. Hindilərin müraciətnaməsi
Yuxarıdakı şəkli Şimali Amerika hindiləri 1849-cu ildə 
ABŞ Prezidentinə göndərmişlər. Məktubda prezidentə mü-
raciət edərək bildirmək istəmişlər ki, onlar yaşadıqları yer-
dən başqa bir yerə, yəni təbii şəraiti yaxşı olan və insanların 
yaşayışını asanlaşdıran gölün sahilinə köçmək istəyirlər.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
181
Şəkildəki heyvan və quşlar qəbilələrin adını bildirir. 
Ön sırada durna qəbiləsinin rəhbəri vəkildir. Durnanın 
başı ilə digər şəkillərin baş və ürəklərini birləşdirən xətlər 
həmin qəbilədəki adamların hamısının eyni fikirdə oldu-
ğuna işarədir. Durnanın başının orta hissəsindən çəkilmiş 
və aşağıdakı dairəciklərlə birləşdirilmiş xətt onların göl 
sahilinə getmək istədiklərini bildirir. Aşağıdakı dairəciklər 
isə gölləri göstərir. Durnanın başından irəli uzanmış xətt 
prezidentə müraciəti bildirir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə