Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
187
çətinliyi onun heroqliflərinin miqdarının həddindən artıq
çoxluğu və onların yazılışının mürəkkəbliyi ilə bağlıdır.
İdeoqrafik çin yazısı bizim eradan çox-çox əvvəl mey-
dana çıxmışdır. Bu yazının yaranma tarixi hələ elm aləminə
dəqiq məlum deyildir. Lakin arxeoloqların tapdığı yazılı
heyvan sümükləri, tısbağa çanaqları onun bizim eradan 15
əsr əvvəl də mövcud olduğunu söyləməyə əsas verir.
Çin yazısı mənşəyinə görə piktoqramlardan törəmişdir.
Məlum olduğu üzrə, ideoqramlar bəzən şəkli yazıdan yaran-
dığı izini saxlayır. Çin yazısındakı bir sıra heroqliflərdə də
belə izlər özünü aydın formada göstərir. Məsələn,
“adam”
anlayışı 21-ci şəkildə olduğu kimi, əvvəlcə adamı xatırladan
işarə ilə əks olunmuş və bu, getdikcə təkmilləşdirilmişdir.
Dostları ilə paylaş: