Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
192
üçün iki formadan isti-
fadə olunmuşdur. Birin-
cisi, heroqliflərin miq-
darı azaldılmış, ikincisi,
mürəkkəb heroqliflərin
tərkib hissələrində ixti-
sar aparılaraq (28-ci şək-
lə baxın) yazılışı sadələş-
dirilmişdir.
Çin yazısının asanlaşdırılması indi də diqqət mərkə-
zindədir. Ölkədə yazı problemi ilə məşğul olan komitə ya-
radılmışdır. Bu komitə 1956-cı ildə 230 heroqlifin yazılışını
asanlaşdırmışdır. 1964-cü ildə də komitə bir sıra heroqlif-
ləri asanlaşdırıb, Mədəniyyət və Maarif nazirlikləri ilə bir-
likdə nəşr etdirmişdir.
Çətin çin yazısında islahat aparmaq əvəzinə onu fo-
noqrafik yazı sistemi ilə əvəz etmək olmazmı? Belə bir yazı
sisteminə keçmək olar və bu barədə bir çox işlər də görül-
müşdür. Lakin buna mane olan obyektiv və subyektiv sə-
bəblər vardır. Hər şeydən əvvəl çin yazısı qədim çin mədə-
niyyəti ilə bağlıdır. Bunlar arasındakı əlaqəni birdən-birə
kəsmək olmaz. Eyni zamanda, yeni mükəmməl orfoqrafi-
ya yaratmaq da lazımdır ki, bunun üçün böyük işlər görül-
məlidir. Bunlardan başqa, Çində bəzi adamlar heroqliflərə
müqəddəs bir varlıq kimi baxır və onun dəyişdirilməsinə
qəti etiraz edirlər. Şübhəsiz ki, müəyyən vaxtdan sonra
çinlilər də asan yazı formasından istifadə edə biləcəklər.
Hazırda dünya əhalisinin təxminən 25 faizi ideoqrafik
yazı tipindən istifadə edir.
Ümumiyyətlə, bütün ideoqrafik yazılar piktoqrafik
yazıya nisbətən nitqi daha geniş və düzgün əks etdirir. La-
kin bu üstün cəhətlərə baxmayaraq, ideoqrafik yazının da
nöqsanları vardır. Hər şeydən əvvəl qeyd etmək lazımdır
Dostları ilə paylaş: