2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 29. Urartu mixi yazı nümunəsi



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə109/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   105   106   107   108   109   110   111   112   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 29. Urartu mixi yazı nümunəsi
Urartu dövləti müasir Ermənistanın və Cənubi Gür-
cüstanın ərazisində yerləşmişdi. Urartu dilini alimlərin 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
196
bir çoxu Qafqaz dillərinə, o cümlədən gürcü dilinə yaxın 
hesab edirlər. Urartular assurilərdən mixi yazını götürüb 
onu daha da sadələşdirmişlər. Alimlərin qeydinə görə, bu 
yazıda 330 işarə işlədilmişdir
1
. Urartu mixi yazısı Urartu 
dövlətinin məğlubiyyətindən sonra (eramızdan əvvəl VI 
əsrdə) işlədilməmişdir.
Mixi yazı sistemindən qədim farslar da istifadə etmişlər. 
Lakin onlar assuri – babil yazısından istifadə edərkən fonetik 
prinsip tətbiq etmişlər
2
. Farslar yazı üçün assuri – babillərin 
işarələrinin hamısını deyil, bunlardan ancaq 40 işarə seçib 
hərf kimi işlətmişlər. Bunun da nəticəsində mixi yazı, ümu-
miyyətlə, sadələşmişdi. Belə bir cəhəti mixi yazı sistemli fars 
abidəsi olan Bisütun qayaları üzərindəki yazıda aydın gör-
mək olur. Böyük Bisütun yazısı 3 müxtəlif dildə mixi işarələri 
ilə yazılmışdır. Bu yazı 1000 sətirdən ibarətdir ki, bunun da 
414 sətri fars, yerdə qalanı isə elam və babil dilindədir.
1
Qədim mixi yazılarda işarələrin miqdarı 1000-dən artıq olmuş, sonra bunu assurilər 350-yə 
endirmişlər.
2
Б.Истрин. Возникновение и развитие письма. Mocква, 1965, c. 202.
Şəkil 30. Fars mixi yazısından nümunə
Mixi yazıları üzərində müxtəlif ölkə alimləri tədqiqat-
lar aparmışlar. Bu yazı oxunarkən ilk baxışda babil və fars 
mixiləri arasındakı fərqi müəyyən edə bilməmişlər. Buna 
görə də onların hər ikisi eyni yazı hesab edilmişdir. Mixi 
yazıların sirri XIX əsrdə açılmışdır. 1802-ci ildə ilk dəfə ola-
raq bu məsələ ilə alman alimi Q.Qrotfend məşğul olmuş-
dur. O, yazını diqqətlə gözdən keçirərkən Daranın adını və 
bununla bərabər bir neçə sözü oxuya bilmişdi. Lakin fars 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
197
mixi yazısının əsl mənada oxunuşu ingilis Qenri Roulinso-
nun adı ilə bağlıdır. Q.Roulinson hərbi işlə əlaqədar İrana 
gəlmiş, burada mixi yazı onun diqqətini cəlb etmişdir. O, 
Bisütun qayaları üzərindəki fars mixi yazılarını köçürmüş 
və onu 1850-ci ildə oxuya bilmişdir. Bu isə sonralar urar-
tu, babil və şumer yazılarının oxunulması üçün başlanğıc 
olmuşdur.
Tarixi faktlar göstərir ki, heca yazı tipindən minoy, hind 
və sair yazı sistemlərində də istifadə olunmuşdur. Hazırda 
heca yazısından dünya xalqlarının təxminən 25 faizi isti-
fadə edir. Bu yazıdan istifadə edənlərin biri də yaponlar-
dır. Lakin yaponların yazısı heç də sırf heca yazısı deyildir. 
Bu yazı heroqliflərlə qarışıqdır. Müasir yapon yazısının iki 
qrafik forması vardır – kataqan və xiraqan. Bunlardan bi-
rincisi nisbətən sadədir. Buna görə də ibtidai məktəb dərs-
liklərində, teleqram və şairədə bu formadan istifadə edilir. 
Xiraqan isə başqa sahələrdə işlədilir
1
.
Heca yazıdan müasir hind sistemli bir sıra dillərdə də 
istifadə olunur. Eyni zamanda, makassarların yazısı da bu 
tiplidir. Onların yazıları 31-ci şəkildəki formadadır.
1
Б.Истрин. «Возникновение и развитие письма». Mocква, 1965, c. 248.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə