2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə111/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   107   108   109   110   111   112   113   114   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

konsonant yazı vokallaşdırılmış yazı. Bəzi yazılarda 
ancaq samit səslər hərflərlə göstərilirdi. Bu cür yazılar kon-
sonant adlanır. Digər qrup yazılarda isə sözlərdəki həm 
sait, həm də samitlər hərflə əks olunur. Belə yazılar tam 
fonoqrafik – vokallaşdırılmış yazıdır.
Hərfli yazı əlifbanın inkişafı tarixində ən yüksək pillə-
dir. Bu yazı həm yazmaq, həm də oxumaq üçün sadə, asan 
və çox əlverişlidir. Bunun vasitəsilə insan düşüncəsinin 
bütün incəliklərini ifadə etmək olur ki, o, özündən əvvəlki 
yazı tiplərindən əsaslı surətdə fərqlənir.
1
K.Marks, “F.Engels” Əsərləri. II cild, Bakı, 1953, səh. 186.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
200
Hərfli yazı, demək olar ki, əksər dillərin quruluşu-
na uyğun gəlir. V.İstrinin müəyyən etdiyinə görə, müasir 
dövrdə dünya xalqlarının 50 faizi bu yazı sistemindən isti-
fadə edir ki, bunun 10 faizi konsonant, 40 faizi isə vokallaş-
dırılmış formadadır.
HAZIRDA MÜXTƏLİF YAZI TİPLƏRİ 
ÜNSÜRLƏRİNDƏN İSTİFADƏ OLUNMASI
Yazı tiplərinin hamısı bir-biri ilə üzvi şəkildə bağlı-
dır. Buna görə də ideoqrafik yazıda ideoqramlarla bərabər 
piktoqramlar, sillaboqrafik yazıda sillaboqramlarla yanaşı, 
həm piktoqram, həm də ideoqramlar, fonoqrafik yazı sis-
temində isə qrafemlərlə birlikdə əsrlər boyu əldə edilmiş 
yazı tipləri ünsürlərindən istifadə olunur.
ŞƏKLİ YAZI ÜNSÜRLƏRİ
Müxtəlif ərzaq, əşya və geyim şeyləri satılan mağaza-
ların qarşısından asılmış şəkillər, əşya təmir edilən binala-
rın, o cümlədən ayaqqabı təmir olunan yerin qarşısındakı 
ayaqqabı, saatsaz dükanının önündəki saat, dərzixananın 
qarşısındakı səliqə ilə geyinmiş insan və ya müxtəilf paltar 
şəkli piktoqrafiyadır. Eyni zamanda, apteklərin qarşısın-
dakı tibb emblemi – içərisində zəhər olan kasa və ona sarıl-
mış ilan şəkli, yaxud fabriklərdə, zavodlarda, laboratoriya-
larda və digər yerlərdə yüksək elektrik cərəyanının insan 
həyatı üçün son dərəcə təhlükəli olduğunu bildirməkdən 
ötrü adamın kəllə və qol sümüyünün şəkli, ibtidai məktəb 
dərsliklərindəki şəkillərin müəyyən qismi, təsərrüfat xə-
ritəsində və başqa xəritələrdəki şəkillər (təsərrüfat xəritə-
sində maldarlıq iribuynuzlu mal başı, qoyunçuluq isə qoç 
kəlləsi şəkli ilə göstərilir), elmi ədəbiyyatda, təqvimlərdə 
işlənən üçbucaq, on dörd günlük ay, bütöv ay şəkli, nəq-
liyyatda hərəkətin təhlükəsizliyini təmin etmək üçün yol 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
201
kənarına qoyulmuş parovoz, küçələrdə asılmış avtomobil, 
motosikl, velosiped, inək, at başının şəkli və sair bu kimi 
şəkillər də piktoqrafik yazıdır. Bu şəkillərin hər biri bütöv 
cümləni ifadə edir; məsələn, yol kənarında, küçələrdə üç-
bucaq içərisində sürüşən təkərin izi əks olunan şəkil “Bu 
yol sürüşkəndir”, iki qaçan uşaq silueti çəkilmiş şəkil “Bura-
da uşaqlar vardır”, avtomobil siqnalı çəkilmiş şəkil “Burada 
nəqliyyat vasitələrinə səs siqnalı vermək qadağandır”, telefon 
dəstəyi çəkilmiş şəkil “Burada telefon vardır” məzmununu 
bildirən cümlələri əks etdirir.
Şəkli yazının əlamətlərindən indi də bir sıra forma-
larda istifadə olunduğu müşahidə edilir. Bu ünsürlərdən 
müasir dövrdə istifadə edilməsinin məqsədi, başlıca ola-
raq, müəyyən şeyi əyani surətdə göstərib, diqqəti bu və başqa 
şey, əşya üzərinə daha çox cəlb etməkdir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə