2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə112/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   108   109   110   111   112   113   114   115   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

İDEOQRAFİYA ÜNSÜRLƏRİ
Müasir dövrdə müəyyən məsələlərlə əlaqədar hərfli 
y azıda ideoqrafiya ünsürlərindən də istifadə edilir. Bu 
ünsürlər – işarələr hazırkı hərfli yazılarda bütöv sözlər, 
yaxud ifadələri əvəz edir və bəzi mücərrəd anlayışları 
əks etdirir. Bunlara müxtəlif sahələrə dair yazılarda tə-
sadüf olunur.
Say anlayışı bildirən rəqəmlər – 2 (iki), 3 (üç), X (onuncu); elm 
sahələrinə dair xüsusi işarələr – riyazi işarələr (>

S ∧≈), həndəsi 
işarələr (# 
∉ ∅
≅ 

); fasilə, vurğu, intonasiya bildirən işarələr 
ideoqrafiya ünsürləridir. Müxtəlif məqsədli xəritələrdə isti-
fadə edilən şərti işarələr – fiziki xəritədə faydalı qazıntıları 
göstərən işarələr, təbii zonalar xəritəsində müxtəlif zonalar-
dakı qumsal yerləri, qoruqları, bataqlıqları, şoranlıqları, 
buzlaqları bildirən işarələr, siyasi-inzibati xəritədə yaşayış 
məntəqəsi və əhalinin miqdarını göstərən dairəciklər (bu-
rada əhalinin miqdarı dairənin həcmi və onun daxilindəki 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
202
nöqtə və kiçik dairəciklərlə göstərilir
1
, topoqrafik, xəbər-
daredici, qadağanedici, əmredici və göstərici digər işarələr, 
bundan başqa, ölüm anlayışını bildirmək üçün vəfat etmiş 
şəxsin ad və familiyasının qara haşiyə içərisində verilməsi də 
ideoqrafiyadır.
Müasir yazıda ideoqramların işlənilməsi tədqiqatçılar 
tərəfindən bir neçə cəhətdən xarakterizə olunur:
2
1. Müəyyən məsələnin yığcam ifadə olunmasına imkan 
yaradır; məsələn, rəqəmlərə dair bir neçə misala fikir 
verək.
8769 – Səkkiz min yeddi yüz altmış doqquz.
3551 – Üç min beş yüz əlli bir.
XXV – İyirmi beşinci.
Göründüyü kimi, birinci misalda 4 işarə rəqəmi, 29 
işarə hərfi; ikinci misalda 4 işarə rəqəmi, 18 işarə, hərfi; 
üçüncü misalda isə 3 işarə rəqəmi, 13 işarə hərfi əvəz edir. 
Belə yığcamlıq elm üçün çox zəruri cəhətdir.
2. Bəzi anlayışların tez və aydın başa düşülməsini yün-
gülləşdirir. Riyaziyyatdan hər hansı bir düstura nəzər 
yetirib, onun sözlərlə yazılışını təsəvvürə gətirdikdə 
riyazi anlayışların mənimsənilməsində ideoqrafiya-
nın böyük rolu olduğunu qabarıq şəkildə görmək 
olur. Məsələn: 
1
Kiçik dairə az, dairəcik içərisində nöqtə ondan çox, dairə içərisində qara dairəcik isə lap çox 
əhali olduğunu göstərir.
2
Bax: А.А. Реформатский. «Введение в языковедение». Москва, 1967.
p
3
3
q
2
q
27 4 2
p
3
3
q
2
q
27 4 2
x
3
+
+
+
+

3. Anlayışların dəqiq ifadə olunmasına kömək edir. Ya-
zıda xüsusi elmi simvollar elmi təfəkkürün kəşflərini 
daha dəqiq əks etdirir. Məsələn, kimyəvi anlayışları 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
203
dəqiq ifadə etmək üçün kimyəvi işarələrin əhəmiyyəti 
olduqca böyükdür.
4. Yazıya beynəlmiləl xarakter verir. Bu işarələr, əsasən, 
öz sərhədini genişləndirərək milli çərçivədən çıxdıq-
dan sonra beynəlmiləl hüquq qazanır və demək olar 
ki, bütün dillərdə eyni mənada başa düşülür
1
.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə