Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
195
raq ərəbcə
“mismari”, fars dilində
“mixi” yazı adlandırılmışdır.
Azərbaycan dilində də həmin yazı
“mixi yazısı” adlandırılır.
Qədim mixi yazı işarələri kainatdakı əşyalara oxşayır-
dı. Lakin sonradan bu işarələrin zahiri görünüşü dəyişmiş
və nəticədə ayrı-ayrı mismara bənzər xətlərə çevrilmişdir.
Şumerlər yerli şəraitlə əlaqədar olaraq yazı üçün
gildən
geniş istifadə etmişlər. Bu məqsədlə gil lövhələr düzəldərək
onun üstünü yazmışlar. Onlar yazını uzun zaman saxlamaq
üçün yazılmış gil lövhəni odda bişirmişlər. Bu, yazı işarələrinin
formalarını az və ya çox dəyişsə də, onun ömrünü uzadırdı.
Şumer heca yazısı öz dövründə çox geniş yayılmış-
dı. Bu yazı eramızdan əvvəl III minillikdə
akkadlar, sonra
babillər və
assurilər tərəfindən mənimsənilmişdir. Həmin
xalqların dilləri şumerlərin dilindən çox-çox fərqli olaraq
sami dillərə aid idi. Burada iki və üç hecalı sözlər çoxluq
təşkil edirdi. Şumer dilinə müvafiq olan yazını bu xalqlar
götürdükdən sonra onun işarələri həmin dillərin sözləri-
nin hecalarını əks etdirmişdir.
Mixi yazısının geniş yayılmasının səbəbini bəzi təd-
qiqatçılar Babil və Assuri dövlətlərinin qüvvətli olmasın-
da görmüşlər. Həm bu səbəbdən, həm də başqa bir sıra
məsələlərlə əlaqədar mixi yazı Asiyanın bəzi ölkələrinə ge-
niş yol tapmışdı. Bundan bir sıra qonşu xalqlar –
elamlar,
hettlər, urartular istifadə etmişlər.
Dostları ilə paylaş: