Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
216
sistem, təbii olaraq, başqasından fərqlənir. Bu fərqlər müxtə-
lif cəhətdən – miqdarına, vəzifəsinə və s. görə ola bilər.
Azərbaycan yazısında durğu işarələri sistemi aşağıda-
kı kimidir:
1. Nöqtə (.)
6. Sual işarəsi (?)
2. Vergül (,)
7. Nida işarəsi (!)
3. Nöqtəli vergül (;)
8. Üç nöqtə (...)
4. İki nöqtə (:)
9. Mötərizələr [()]
5. Tire (-) 10.
Dırnaqlar (“”)
Müxtəlif durğu işarələri sistemlərindəki fərqlər işa rə-
lə rin işlədilməsində də özünü göstərir.
Latın yazısında sual və nida işarələri cümlənin sonun-
da, ispan yazısında cümlənin (və ya sözün) hər iki tərəfin-
də qoyulur. İspanlar cümlənin (və ya sözün) əvvəlində bu
işarələri əksinə çevirərək başıaşağı formada işlədirlər.
Bu və ya başqa durğu işarələri
sistemini təşkil edən
üzvlər əsas vəzifələri ilə bərabər əlavə vəzifə də yerinə ye-
tirə bilir. Məsələn, Azərbaycan yazısındakı nöqtə çoxvəzifə-
lidir. Bunun əsas vəzifəsi cümlənin bitdiyini bildirməkdir.
Lakin ad və familiyanın ixtisarında işləndikdə əlavə vəzifə
yerinə yetirir. Yaxud, dırnaq işarəsinə fikir verək. Bu işarə-
nin başqa şəxsin nitqini müəllif nitqindən ayırmaq üçün
işlədilməsi,
əsas vəzifə, sözün
məcazi mənada olduğunu
bildirmək üçün istifadə edilməsi isə onun əlavə vəzifəsidir.
Bəzi işarələrin əsas vəzifələri qoşalaşa bilir. Məsələn, nida
işarəsi cümlənin sonunda işlənərkən
həm cümlənin bitdi-
yini, həm də cümlədə nida mənası olduğunu göstərir. Bu
iki vəzifə bir məqamda qoşalaşdığı üçün bunları qoşa əsas
vəzifə adlandırmaq olur. İşarələrin bütün bu əsas və əlavə
vəzifələri əsasında onların qaydaları müəyyənləşdirilir.
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
217
Dostları ilə paylaş: