Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
218
İSTİQAMƏTLƏRİNƏ GÖRƏ YAZILARIN TƏSNİFİ
Qədimdən başlayaraq müxtəlif yerlərdə təşəkkül ta-
pan yazıların özlərinə məxsus bir sıra
əlamətləri forma-
laşmışdır. Bu əlamətlərdən biri yazıların istiqamətidir.
Yazı məsələlərinin tədqiqində yazının
digər cəhətləri ilə
bərabər onun istiqamətindən bəhs edilməsi də zəruridir.
Çünki bu məsələ diqqəti az cəlb etmir. Qeyd etməliyik ki,
yazının yarandığı ilk dövrdən indiyə qədər keçdiyi tarixə
nəzər saldıqda istiqamətə görə çox mürəkkəb bir prosesin
əmələ gəldiyini görmək olur. İstər piktoqrafiyada, istərsə
də sonrakı yazı tiplərində xalqlar müxtəlif istiqamətlərdə
yazmışlar.
Dünya xalqlarının uzaq keçmişindən xəbər verən qə-
dim yazılı abidələri və müasir nümunələri əsasında yazı-
ları istiqamətə görə iki qrupa bölmək olar: üfüqi yazılar,
şaquli yazılar.
Dostları ilə paylaş: