Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
220
yetirək. Bu hərflər sətrin istiqamətindən asılı
olaraq iki
formada yazılmışdır. Belə bir üsul yazı işini çətinləşdirir-
di. Elə buna görə də bustrofedon üsulu ilə yazı çox davam
etməmiş, yunanlar bundan əl çəkərək yazını soldan sağa
istiqamətləndirmişlər.
Soldan sağa hərf-
li üfüqi yazı. Bu növ
yazı soldan sağa doğ-
ru yazılır. Lap qədim
dövrlərdə
soldan
sağa yazılar
olmuş-
dur. Məsələn, Finiki-
ya yazısı ilə bir dövr-
də olan uqarit mixi yazısı soldan sağa yazılmışdı. İndi sol-
dan sağa tərəf yazmaq dünyada ən çox yayılmış
və demək
olar ki, münasib yazı formasıdır.
Bu yazı formasından Avropanın əksər xalqları istifadə
edir. Ümumiyyətlə, yunan əlifbasından yaranmış
bütün
əlifbaların yazısında yeganə olaraq bu forma hakimdir.
ŞAQULİ YAZILAR
Yazı tarixində şaquli yazılar da xüsusi yerə malikdir.
Yazının bu formasına hələ şəkli yazılarda rast gəlmək olur.
Belə ki, bəzi piktoqrafik yazı abidələrində piktoqramlar
yan-yana deyil, alt-alta yazılmışdır. Bu nümunələr ixtisas-
çılar tərəfindən yuxarıdan aşağı oxunulur.
Şaquli yazı forması, əsasən, ideoqrafik yazı tipində
geniş intişar tapmışdır. Bu tip yazılar istiqamətlərinə görə
əsasən iki yerə bölünür: a) yuxarıdan aşağı,
sağdan sola
yazı; b) yuxarıdan aşağı, soldan sağa yazı.
Yuxarıdan aşağı, sağdan sola heroqlif şaquli yazı. Bu for-
ma yazıda heroqliflər yuxarıdan aşağı istiqamətdə bir-biri-
nin altınca yazılır, sətirlər isə sağdan sola sıralanır.
Dostları ilə paylaş: