2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 38. Dəri üzərində yazı



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə126/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   122   123   124   125   126   127   128   129   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 38. Dəri üzərində yazı


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
226
kimi qiymətləndirilir. Belə ki, kodeksi istədiyi yerə apar-
maq, onun vərəqələrini lazım olan səmtə bükmək, tutuş-
durmaq və s. mümkün olduğu halda, papirus kitabda 
bunu etmək imkan xaricində idi. Çünki o, kiçik ehtiyatsız-
lıq və ya müqavimət nəticəsində tez sınıb-tökülə bilirdi və s. 
Perqamentdən uzun zaman, hətta XIX əsrin I yarısında da 
istifadə olunmuşdur.
Perqamentdən istifadə edənlər onu özünə uyğun va-
sitə ilə yazmışlar. Belə vasitə quş lələyi olmuşdur. Perqa-
mentdə yazmaq üçün əsasən qaz lələyindən istifadə edil-
mişdir. İndiyə kimi tədqiqatçılar lələyin ucunun hansı 
formalarda yonulduğunu tam müəyyənləşdirməmişlər. 
Şübhəsiz ki, bu haqda dəqiq fikir olacaqdır.
Qaz lələyi birdən-birə qamış qələmi əvəz etməmişdir. 
Tarixçilərin fikrincə, bu iki vasitə uzun zaman müvazi işlədil-
mişdir. Qamış qələmdən Azərbaycanda XX əsrin 20-30-cu illə-
rində də istifadə olunmuşdur. Qaz lələyi yazı üçün qamışa 
nisbətən bir çox üstünlüyə malik idi. Lələk yazıda barma-
ğın azacıq təzyiqi ilə istənilən şəkildə yazmağa xidmət 
edirdi.
Lələk müasir yazıda işlənən polad qələm ucunun ya-
ranmasında bünövrə təşkil edərək başlıca rol oynamışdır. 
Avropada polad qələmucu XIX əsrin ortalarında meydana 
gəlmiş və indi onun bütün ölkələrdə müxtəlif növü forma-
laşmışdır. Qeyd etməliyik ki, müasir yazıda istifadə olunan 
avtoqələmlər (diyircəkli avtoqələm və başqası) yazının for-
masında, estetikasında müəyyən fərqlər yaratmışdır. Bu 
qələmlər kalliqrafik tələb əsasında hərflərin hissələrinin 
qalın və nazik yazılmasına imkan vermir.
Beləliklə, deməliyik ki, yumşaq materialdan və onla-
ra müvafiq qamış qələm və lələkdən istifadənin yazının 
inkişafında mühüm rolu olmuşdur. Bu materiallar birin-
ci mərhələdə istifadə edilənlərdən fərqli olaraq, yazının 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
227
zahiri cəhətinin formalaşmasında xüsusi əhəmiyyət kəsb 
etmişdir.
Lakin bu vasitə də özlüyündə yazı üçün tam yararlı 
deyildi. Bunlar çoxlu və böyük kitablar yaratmağa imkan 
vermirdi. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, hə-
min materialları asanlıqla və ucuz qiymətə istənilən miq-
darda əldə etmək mümkün olmurdu; xüsusən papirusun 
istehsalı üçün istifadə edilən bitki dünyanın az bir yerində 
bitirdi. Həmçinin perqament hazırlamaq üçün böyük miq-
darda heyvan məhv etmək lazım gəlirdi. Bütün bunlar isə 
yazının sürətlə tərəqqisinə mane olurdu.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə