2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə127/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   123   124   125   126   127   128   129   130   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

III mərhələ. Kağızın yaranması mərhələsidir. Cəmiyyət 
tarixinin müəyyən dövründə mədəniyyətin inkişafı ilə 
bağlı olaraq yazı üçün asan tapılan və ucuz başa gələn ma-
terialın əldə edilməsi tələbi ciddi şəkildə meydana çıxdı. 
Belə bir tələb əsasında kağız yarandı. Kağızın yaranması 
ən böyük kəşflərdən biri oldu
1
. Bu kəşf dünya mədəniyyə-
tinin daha sürətlə inkişafına son dərəcə böyük təsir göstər-
di, elmdə, təhsildə yeni dövr açdı. Kağız oxu və yazı prose-
sində perqamentlərdə baş verən dolaşıqlığa, qüsurlara son 
qoydu.
Kağızın meydana çıxması əsasında yazının mövqeyi 
nisbətən artdı və kütlə arasında geniş yayıla bildi. Bununla 
bərabər, XV əsrdə kitab nəşr olundu. Həmin əsrdən əlyaz-
ma kitablar çap kitabı ilə əvəz edilməyə başlandı.
Kağızın yaranması ilə əlaqədar fırça meydana çıxdı, 
qələm və qələmucu təkmilləşdi, müxtəlif tərkibli mürək-
kəblər, tuş və sair əmələ gəldi.
Kağız ilk dəfə bizim eranın II əsrində Çində meydana 
çıxmışdır. Kağızı Tzay Lui kəşf etmişdir. Çinlilərin istehsal 
1
Alimlər kəşflərdən bəhs edəndə göstərirlər ki, dünyada ən böyük kəşflərdən biri təkərin 
əmələ gəlməsi, digəri isə kağızın yaranmasıdır.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
228
etdikləri ibtidai kağız bitkidən hazırlanırdı. Bunun istehsal 
üsulu da müasir qaydalardan çox-çox fərqli idi.
Məlum olduğu üzrə, VIII əsrə qədər kağızın istehsal 
üsullarını ancaq çinlilər bilmişlər. Bu sirr başqa xalqlara 
aydın olmamışdır. Lakin 751-ci ildə Səmərqənddəki Bağ-
dad xəlifəsinin nümayəndəsi hərbi ekspedisiya zamanı 
Çin sərhədində iki nəfər fəhlə əsir almışdır. Həmin fəhlələr 
Çində kağız istehsal edən fabrikin fəhlələrindən olmuşdur. 
Bağdad xəlifəsinin nümayəndəsi fürsətdən istifadə edərək 
əsir alınmış Çin fəhlələrinin köməyi ilə Səmərqənddə ka-
ğız fabriki tikdirmişdir. Bu fabrikdə istehsal olunan kağız 
ərəb şəhərlərinə göndərilmişdir. Eyni zamanda ərəblərin 
köməyi ilə Qərbin bir sıra şəhərləri də bu kağızdan əldə 
edə bilmişlər.
VIII əsrin sonunda Bağdad və Dəməşqdə kağız isteh-
sal olunmuşdur. Dəməşqdə hazırlanan kağız öz əla keyfiy-
yət və xüsusiyyətlərinə görə böyük şöhrət tapmışdır.
IX əsrin ortalarında Misirdə və başqa yerlərdə də ka-
ğız meydana çıxmışdır. Sonralar, XII əsrin əvvəllərindən 
başlayaraq Avropanın bəzi yerlərində, XIII əsrdə İspaniya-
da, həmin əsrin sonunda İtaliyada, XIV əsrdə isə Almaniya 
və başqa ölkələrdə xüsusi kağız istehsalı yarandı.


229

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə