Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
178
1. Şəkli yazıda müvafiq
şəkillərlə bu və ya digər əşya,
yaxud hərəkət göstərilir və onlar haqqında məlumat ve-
rilir. Bu məlumat eyni zamanda əyani xarakter daşıyır.
2. Şəkli yazı sintetik xarakterlidir. Belə ki, müəyyən bir
şəkil vahid mürəkkəb quruluşa malik olub, bütöv bir
mövzunu əks etdirir.
3. Belə yazılarda dil formaları əks olunmur, yəni burada
məlumat söz və ifadələrlə göstərilmir.
4. Şəkli yazıda
hər bir piktoqram, adətən,
bütöv cüm-
lələrə uyğun gəlir.
5. Bu yazıda piktoqramlar aydın və sadə xarakterlidir.
6. Şəkli yazı qədim insanların məişəti ilə çox əlaqədar ol-
duğundan hamı tərəfindən aydın oxunurdu.
7. Şəkli yazı vasitəsilə ən incə və geniş fikirləri ifadə et-
mək mümkün deyildir.
8. Piktoqrafık yazı təlim-təhsil məqsədi daşımırdı. Buna
görə də bu yazı vasitəsilə ancaq uzun zaman yadda
qalması vacib olan hadisə və s. əks etdirilirdi.
Bu yazının özünəməxsus
xüsusiyyətlərindən biri də
onun hər dildə oxuna bilməsi olmuşdur. Belə ki, şəkli yazını
müxtəlif dillərdə danışan hər xalq öz dilində oxuya bilirdi.
AZƏRBAYCAN PİKTOQRAMLARİ
Yazının ilk tipi olan şəkli yazıdan
hələ lap qədimdə
Azərbaycanda da istifadə olunmuşdur. Başqa xalqlar kimi,
azərbaycanlılar da şəkillərdən, əsasən, iki məqsədlə –
bəzək və yazı üçün istifadə etmişlər.
Qədim zamanlardan Azərbaycan yurdunun övladları
müəyyən əşya, xüsusən qab hazırladıqda bəzək məqsədilə
onun üstündə insan, heyvan, quş, bitki şəkilləri çəkmiş və
naxışlar həkk etmişlər. Məsələn, son vaxtlarda arxeoloqlar
tərəfindən Mingəçevirdə tapılmış tunc dövrünə aid saxsı
qablar naxışlarla, insan və heyvan şəkilləri ilə bəzəklidir.
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
179
Şəmkir rayonunda qazıntılar zamanı üzə çıxmış tunc kəmər
üzərində başı üstə kaman tutan ovçunun şəkli vardır.
Bütün
bu tipli şəkillər, əlbəttə, yazı
deyildir,
çünki
burada müəyyən ardıcıl fikir izah olunmur. Axı, yuxarı-
da qeyd etdiyimiz kimi, hər şəkli yazı adlandırmaq olmaz.
Yazı hesab edilən şəkillər mütləq hadisəni, əhvalatı əks et-
dirməlidir. Azərbaycanda Qobustan qayalarındakı yazılar
buna parlaq misaldır
1
.
1
Şəkil “Azərbaycan tarixi” (I cild, 1958) kitabından götürülmüşdür.
Dostları ilə paylaş: