Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
163
meyvəni alan şəxs hindi ilə göndərdiyi məktubda onun yenə
də meyvədən yediyini yazmışdı. Hekayənin sonunda qeyd
edildiyi kimi, “hindinin kürəyi ağasının kötəyi ilə qaraldıqdan
sonra o, məktubun mahiyyətini başa düşmüşdü”.
Qədim dövrlərdə yazı bütün dünyanın hər yerin-
də eyni də rəcədə inkişaf etməmişdir. İsti ölkələrdə iqlim
yumşaq oldu ğu üçün orada yazı yayıla bilmiş və inkişaf et-
mişdir. Soyuq yer lər də – şimalda isə insanlar yazı ilə məş-
ğul olmaqda çətinlik çək mişlər. Çünki cənubda daş, ağac
üzərində işləmək, xətlər çək mək mümkün olduğu halda,
şimalda bunu etmək qismən çə tin idi.
Yuxarıda qeyd edildiyi kimi, ümumiyyətlə, yazı birdən-
birə meydana çıxmamışdır. Yazının əmələ gəlməsində fik-
rin müxtəlif vasitələrlə ifadə və əks olunmasının xüsusi tə-
siri olmuşdur. Fikrin müxtəlif vasitələrlə ifadə edilməsinin
və əks olunmasının, əsasən, iki forması vardır:
1. Fikrin əşya vasitəsilə ifadə edilməsi;
2. Fikrin xətlər (cizgilər) vasitəsilə əks olunması.
Fikrin əşya vasitəsilə ifadə edilməsi tarixi daha qədimdir.
Dostları ilə paylaş: