2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə89/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   85   86   87   88   89   90   91   92   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

5. YAKUT DİLİ
Yakut dili yakut xalqının milli dilidir. Yakutlar özlə-
rinə “saxa” deyirlər. Qonşu monqollar onları “yaku” adlan-
dırır. Monqol dilində “-t” ünsürü cəmlik bildirir. Deməli, 
monqolca yaku+t>yakut=saxalar mənasını ifadə edir.
1
Ш.Ч.Сат. Тувинский язык. Языки народов СССР, т. II. Тюркские языки. M., 1966, с. 387.
2
N.A.Baskakov. Göstərilən əsəri, səh. 322.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
156
Yakutlar//saxalar Yakut Muxtar Respublikasının qə-
dim və yerli sakinləridir. Yakutlar həmin respublikadan 
kənarda Krasnoyarsk diyarının Taymır və Eveng milli da-
irələrində, habelə Rusiyanın Maqadan, Saxalin və Amur 
vilayətlərində də yaşayırlar.
Yakut//saxa dili qədim türk dilləri əsasında formalaş-
mışdır. Bu dildə indiyə kimi qədim türk dili ünsürləri mü-
hafizə olunmaqdadır.
Yakut//saxa dili bir çox əsrlər boyu monqol və evenk dil-
ləri ilə qarşılıqlı əlaqədə olmuş və bunun da nəticəsində yakut 
dilində müasir türk dillərindən fərqlənən cəhətlər meydana çıx-
mışdır. Elə buna görə də bəzi alimlər, o cümlədən V.Şmidt yakut 
dilini türk dillərindən ayırıb, monqol mənşəli dil hesab etmişdir. 
Bu fikir doğru deyildir. Yakutlar çox böyük ərazidə yaşayırlar. 
Buna baxmayaraq, onların dilində ciddi fərqlənən dialektlər 
müəyyən olunmamışdır. Lakin bir-birindən seçilən şivələrin ol-
duğu göstərilmiş və onlar aşağıdakı kimi təsnif edilmişdir:
1. Namask-Aldan şivələri qrupu;
2. Kanqalas-Vilyuysk şivələri qrupu;
3. Meqin-Tattin şivələri qrupu
1
.
Yakut yazılı ədəbi dilinin formalaşması XX əsrin 20-ci il-
lərinə təsadüf edir. Bu ədəbi dilin əsasını yakut danışıq dili və 
şifahi ədəbi dili təşkil etmişdir. Ədəbi dilin təşəkkülü yakut 
xalqının həyatında ciddi nailiyyətlərin əldə olunmasına bö-
yük imkanlar yaratmışdır. Bu dildə kargüzarlıq işləri aparıl-
mış, məktəblərdə tədrisə başlanılmış və bundan savadsızlığın 
ləğvində istifadə edilmişdir
2
. Yakut dilinin yazısı üçün 1922-ci 
ildə beynəlxalq transkripsiya əsasında əlifba düzəldilmişdir. 
1929-cu ilə kimi bu əlifba işlədilmişdir. 1929–1930-cu illərdə 
latınlaşdırılmış əlifbadan istifadə olunmuş, 1939-cu ildən isə 
Kirill qrafikası əsasında yaradılmış əlifbaya keçilmişdir.
1
П.П.Барашков. K вопросу o классификации говоров якутского языка. Якутск. 1961, c. 19-37.
2
Е.И.Убряткова. Якутский язык. Языки народов СССР, т. II. Тюркские языки. M., 1966, с. 403.



Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə